Naxçıvanın ekologiya və təbii sərvətlər naziri ŞƏHİDİ TƏHQİR EDİB - MÜRACİƏT
Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Tivi kənd sakini, 1970-ci il təvəllüdlü Samiddin Əşrəf oğlu Quliyev Hurriyyet.az-a müraciətində Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyevin qanunsuz əməllərindən şikayətlənib.

Hurriyyet.az-la yanaşı, ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət edən şikayətçi Mayis Əliyevin Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının bütün əməkdaşlarını sutkalıq iş rejimi ilə işləməyə vadar etdiyini bildirib: "Mən veteran ailəsində doğulmuşam, 7 uşaqlı ailənin sonuncu övladıyam. Qardaşım Bədrəddin Əşrəf oğlu Quliyev 1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Fizuli rayonunun "Qızılqaya" istiqamətində şəhid olub. Mən 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkında işə başlamışam və heç bir qüsurum olmadan çalışmışam. Lakin 22 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev çıxardığı qanunsuz iş rejimini həyata keçirməyə başladı. Belə ki, o, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının bütün əməkdaşlarını sutkalıq iş rejimi ilə işləməyə məcbur etdi. Mən isə yaşadığım ərazidən 60 kilometr aralıda yerləşən Gənzə, Nüsnüs ərazilərinə göndərildim və dekabrın 22-si gecə saat 12.40-da Anabat kəndinin aşağı hissəsində qaranlıq olduğu üçün qəza keçirdim".

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1672231349_2.jpg
Həmin hadisə ilə bağlı ətraflı məlumat verən Samiddin Quliyevin sözlərinə görə, yolda hərəkət edərkən yıxılıb və sol qıçından xəsarət alıb: "Hadisədən sonra Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mənə heç bir köməklik göstərilmədi. Əksinə, müvafiq qurumlara şikayətimdən sonra dekabrın 26-da nazir Mayis Əliyev məni yanına çağırdı, hədsiz dərəcədə təhqir və təhdid etdi. Hətta o, şəhid qardaşımın da ünvanına nalayiq ifadələr işlətdi. Səbəbsə mənin onun aldığı rüşvət, qanunsuz olaraq saxladığı maaş kartları haqda lazımı orqanlara məlumat verməyimdir".

Şikayətçi onu da əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev bir ay ərzində idarənin 9 əməkdaşını səbəbsiz yerə işdən azad edib: "Hətta idarə müdirini belə, işdən azad edib. O, səbəbsiz yerə 25 dekabrda 5 nəfəri, 7 yanvarda 2 nəfəri, sonda 27 yanvar 2020-ci il tarixdə isə məni və Cavad Abutalıbovu günahsız yerə işdən uzaqlaşdırıb. Odur ki, müvafiq qurumlardan məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını və tapdanmış hüquqlarımızın bərpasında yardımçı olmalarını xahiş edirəm".
 

Dünyapress TV

Xəbər lenti