Dövlətin 7 MİLYON vəsaitini mənimsəyən Bank sədrinə məhkəmə necə şərti cəza verə bilər?
Azərbaycan Respublikasının Prezidenti sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə sahibkarlığa yardım üçün dövlət büdcəsində banklara külli miqdar vəsaitlər verilmişdir.
Prezidentin aqrar sektorun inkişaf etdirilməsində siyasətinə böyük zərbə vurmuş olan “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova 7 MİLYON vəsaiti necə mənimsəyib?
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova və bankın digər 3 vəzifəli şəxsi – Elnur Həmidov, Eşqin İsmayılov, Anar Həsənovun cinayət işi üzrə məhkəmə iclası maraqlı sonluqla başa çatıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.Amma dövlət büdcəsinə vurulmuş olan xüsusi ilə külli miqdar ziyandan bir manat belə ödənilməyib.Məhz hakim Dadaş İmanov bu qərarı necə qəbul edib? Etibarlı mənbədən saytımıza verilən məlumata görə “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzova guya bu işin onun xeyrinə həll edilməsinə görə hakimə 600000 manat rüşvət verməsi iddia edilir.
Qeyd edək ki, P.Novruzovanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, küllü miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 195.2-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 313-cü (Vəzifə saxtakarlığı) və digər şəxslərin barəsində isə 313-cü və 308.2-ci maddələri ittiham irəli sürülüb.

Xatırladaq ki, 2016-cı ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Gəncəbank” ASC müflis elan edilib.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik
Dunyaninsesi.Az

"Gəncə Bank"ın xanım rəhbəri haqqında qardaşının video-şikayətini təqdim edirik:

Dünyapress TV

Xəbər lenti