“Pulsuz Reklam” silsiləsindən: Avtovağzal Otel necə “talıbovlaşdırılıb”?
Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Otel”dir.
Qara Pişiyin iddiasına görə, sovet hakimiyyəti illərindən 2016-cı ilə qədər bu otel dövlətin nəzarətində və balansında olub. Nə hikmətdirsə, 2016-cı ildə günlərin bir günündə Naxçıvan əhli yuxudan oyananda otelin Nəqşicahan holdingin mülkiyyətinə daxil olduğunu eşidib.
Otelin hansı qiymətə hərraca çıxarıldığını isə MR-də bilən yoxdur. Görünür, muxtar hüquqlu Naxçıvanda bu kimi məlumatlar dövlət sirri kimi qorunur. Amma Naxçıvan qaydalarını dərindən bilən “Qara Pişiy”in Avtovağzal Otelin neçəyə özəlləşdirilməsinə dair öz təxminləri var: “SOCAR-ın tikib ərsəyə gətirdiyi Diaqnostika Mərkəzi 100 min manata özəlləşdirilibsə, deməli Avtovağzal Otel “xan” ailəsinə daha ucuz qiymətə, bəlkə də 50-60 min manata başa gəlib”.
Bildirilir ki, cəmi 50-60 min manata özəlləşdirilən təkcə otel olmayıb. “Xan” ailəsi bir göz qırpımında oradakı 15 mağazanı da bu özəlləşdirmə yoluyla öz mülklərinə qatıb. Halbuki, həmin mağazaların hər birini 20-30 min manata satmaq olar və yəqin ki, elə də edilib. Amma Naxçıvanda mağazaların satın alınması o demək deyil ki, orada qazandıqların sənin olmalıdır. Mağaza sahibləri satın aldıqları mağazalar üçün kirayə ödəməklə yanaşı, həm də qazanclarının yarısını da “xanzadə” Seymur ibn Vasif həzrətlərinə verməlidirlər.
Hər ay Avtovağzal Oteldən gələn mənfəətlərin və kirayələrdən yığılan pulların holdinqin kassasına mədaxil olunduğunu bildirən mənbəmizin iddiasına inansaq, bu obyetlərin də təkcə 2022-ci ildə 458,350 ( dörd yüz əlli səkgiz min üç yüz əlli ) manatlıq dövriyyəsi olub və o belə, vergidən yayındırılıb.
Heydər Oğuz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti