Naxçıvanda müşahidə olunan hadisələr fonunda bir-birinin ardınca həbs olunan məmurların kimliyi ilə yanaşı, onların "həzm etdiyi" büdcə milyonlarının məbləği də ictimaiyyət tərəfindən böyük heyrətlə qarşılanmaqdadır. Hər halda, bu vaxta qədər "məmur yeyintisi" deyərək alışmadığımız rəqəmlər elan olunur...
DİA.AZ bildirir ki, bu istiqamətdə redaksiyamıza da Naxçıvandakı yeyinti faktlarını ifşa edən materiallar ötürülməkdədir. Bu barədə dia.az-a yazan mənbə Naxçıvan Dövlət Nəqliyyat Xidməti rəhbərliyinin həzm-rabedən keçirdməkdə olduğu büdcə vəsaitlərindən bəhs edir.
Mənbə dia.az-a yazır:
"Vasif Talıbovun Nəqliyyat şirkətinin indiki rəhbəri Əli Hüseynəliyev 4 ildir ki bu idarəyə rəhbərlik edir.
Bundan öncə Sənani Seyidov necə idarə edirdisə, bu da qaydaları dəyişmədən icra edir. Miliyonları "Naxcıvan bank"dan götürərək "Cahan" şirkətinin hesabına köcürərək Çinin ucuz markalı olan avtobuslarını Avropa avtobusları qiymətinə alır...
Vasif Talıbova öz sadıqliyini göstərir..."
Onu da qeyd edək ki, barəsində məlumat verilən Əli Hüseynəliyev də Şərurun Siyaqut kəndindəndir... Hər halda, bu faktın özü də kifayət qədər informasiya xarakterlidir...
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...