Hacıqabulun Talış kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Son günlər yağan yağışlar nəticəsində yollarda böyük gölməçələr yaranıb ki, bu da avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Bu vəziyyət xüsusilə məktəblilər üçün problem yaradır.
Kəndin heç vaxt asfalt üzü görmədiyini deyən sakinlər qeyd edib ki, yolları öz vəsaitləri hesabına təmir edirlər.
Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirilib ki, əhalidən vergi yığıldıqca, kəndin yollarının təmirinə kömək edilir.
“Sonuncu dəfə sentyabrda məscidin yanındakı yola çınqıl döşənib. Pul yoxdur, olanda kömək edəcəyik”, - deyə bələdiyyə sədri Adışırin Nəzərov qeyd edib.