Əmrullayevin əmrindəki təhsilimiz... - BELƏ HARA GEDİRİK?
Məktəbin bərbad vəziyyətindən gileylənəndə sosial şəbəkələrdə bəzi yaşlı təhsil işçiləri o dəqiqə başlayır uşaqlıq tarixçəsini danışmağa ki, "Heç biz oxuyan vaxtı indiki kimi gözəl şəraitli məktəblər yox idi. Amma, oxuyurduq. Min bir əziyyətlə oxumuşuq".

Bəli, ağsaqqallar doğru deyir. Onların böyüdüyü SSR dövründə, məktəblərin çox bərbad gündə olması, o dövr üçün başadüşüləndir.
O zamanlar nə başımız öz əlimizdə idi, nə dilimiz istədiyini tələb edə bilirdi. Çünki, müstəqil Azərbaycan deyildik. Həm də dünya, elm, texnologiya bu qədər inkişaf etməmişdi.

Bundan əlavə o zamanlar bilet 3-5 çəkilirdi, tam keçirilən dərslərdən hazırlanmış sual oxunurdu, cavabı verən, Ali məktəblərə qəbul olurdu.

İndi 120 suallıq qəbul imtahanlarına qədər - taa birinci sinifdən hər il, hətta ildə bir neçə dəfə imtahanlar verirlər. Bir sözlə dövrümüzün təhsilində ömrümüz imtahanlarla keçir. O qədər zülmlərin sonunda bari ona layiq bir işimiz olsa bəlkə də gileylənmərik ki, bu da ayrı bir mövzudur.

Əlqərəz, mövzudan çox uzaqlaşmayaq, dərslərdən danışırdıq.
Madam ki, ağsaqqal müəllimlər "çörəklərinin xatirinə" hazırkı Azərbaycan təhsilini güya inkişaf etdiyi fikrini ağlımıza sırımaq üçün, özlərinin sovet hakimiyyəti illərində aldıqları təhsil ilə müqayisə edirlər, elə biz də müqayisə edək, dedik.

O zamanlar min bir əziyyətlə qonşu kəndə məktəbə gedən uşaqların yükü bir dəftər idi, bir də qələm. Amma, indi valideynlər uşağın gücü çatmadığı üçün bir kitab dolu çantanı kürəyinə alır, çantaya yerləşməyən qalan kitabları da bir poketə yığıb, əlində götürür. Üstəlik də hər uşaq üçün ya kompüter, ya da planşet alınmalıdır, çünki müəllim çox zaman internetdən də tapşırıqlar verir.
Amma, yenə yetmir...
Valideyin əlavə müəllim - repetitor tutmaq məcburiyyətində qalır. Özü də bu müəllimlər də həmin məktəbin müəllimləri.

Nə fərq edir?

Dərsliklər desək, ibtidai sinif dərsliyindəki misalların, məsələlərin tez-tez sosial şəbəkələrdə paylaşılan nümunələrini də az görmədik.

Daha bir nümunəsi aşağıda fotolarda:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670830930_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670830931_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670830933_1.jpg

Yəni, bu da valideyinin yüklədiyi, övladlarımızın ağ vərəqi andıran beyninə yüklənən lazımsız bilgilər.

Qaldı ki, şəraitli məktəb binalarına, onun da pulunu çox məktəblərdə, əsasən də paytaxt məktəblərində valideyin az qala 11 il "fond pulu" adı ilə ödəyir.

Nə yazıq ki, 21-ci yüzillikdə - texnologiya əsrində də müstəmləkəsində olduğumuz və inkişaf etməyimizi ümumiyyətlə istəməyən sovet hakimiyyəti dövrünün məktəblərini andıran məktəblər də az deyil. Hansı ki, dəfələrlə "DogruXeber.az"da onların bir neçəsini cəmiyyətimizə təqdim etmişik.

Daha bir nümunəsini isə indi təqdim edirik.

Sabirabad rayonunun Şəhriyar kəndinin sakinləri tərəfindən göntərilən bu görüntülərdə çöldən ön tərəfi gözdən pərdə asmaq üçün ağardılan 630 şagirdlik bu məktəbin şəraitini özünüz gördünüz. Hətta, vətəndaş orda qeyd edir ki, "istilik sisteminin boruları kəsilib satılıb, akt zalının polu sökülüb satılıb". Akt zalının görüntülərini, həmçinin məktəbin tualetlərinin görüntülərini belə izlərkən, adamın özündən biixtiyar buruna üfunətli qoxu gəlir ki, bunu da beynimizdə yaradan həmin gördüyümüz anti-sanitar vəziyyətdir.

Üstəlik, bitlərin və digər həşəratların tüğyan etdiyi deyilən, eyni zamanda məktəb kimi nəzərdə tutulan binanın hər uçma təhlükəsi də aşkar görünür və valideyinləri haqlı olaraq, çox narahat edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670830987_1.jpg

Məktəbin yolları desək, bəlgəsəl proqramlardan izlədiyimiz Afrikanın ucqar yerlərindəki məktəb yollarının birə-bir eynisi. Çaqqal-tülkü oylağı olan bu "cəngəllik" böyükləri belə vahiməyə salır, nəinki, azyaşlı məktəblilər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670831032_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670831034_1.jpg
Məlumdur ki, hər il dövlət büdcəsindən yüz minlərlə, milyonlarla pul vəsaiti ayrılan təhsil sahəsindən narazı camaatın da sayı artır. Sosial şəbəkələrdə və mətbuatda yayımlanan bu qədər narazılıqların olduğu bir vaxtda Təhsil nazirliyində - daha doğrusu adında dəyişiklik edildi. Qarşısına sadəcə "Elm" sözü artırılmaqla, yalnız adında dəyişiklik edilən nazirliyin fəaliyyəti hazırkı durumu ilə övladlarımıza elm verməkdən daha çox xəstəlik, valideynlərə əsəb, stress, həyəcan və sair verir. Çoxsaylı şikayətlərdən isə belə görünür ki, daha çox inkişaf edən sadəcə qeyri-qanuni yığılan pulların, alınan rüşvətin məbləğidir.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670831102_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670831104_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-12_1670831105_1.jpg
 

Dünyapress TV

Xəbər lenti