Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllə yaşayış massivi ərazisində artıq 3 gündür ki, xəbərdarlıq edilmədən təbii qazın verilməsi dayandırılır. Azəriqaz İB-nin işçiləri bunu sayğacların dəyişdirilməsi ilə əlaqələndirirlər. TEREF.AZ yazır ki, bunu redaksiyamıza şikayət edən vətəndaşlar yazıb. Daha sonra onlar yazırlar: Qəsəbə camaatı artıq boğaza yığılıb. Sayğacları dəyişmək üçün soyuq qış aylarını gözləmək lazımdırmı? Azəriqaz İB-nin səriştəsiz fəaliyyəti insanları etiraz etməyə məcbur edir. Azyaşlı körpələr və yaşlı insanlar evdə donur. Bəzi məmurlar qəsdən əziyyət verir ki, insanlar bezsin və etiraza qalxsınlar. Teref.az