Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin adı ictimai fəal, bloger Anar Zeynalovun sifarişli həbsində keçir.
İddia edilir ki, icra başçısının adının Anar Zeynalovun həbsini sifariş edənlər sırasında çəkilməsinə əsas səbəb blogerin icra başçısının qanunsuz əməllərini və korrupsiya cinayətlərini ifşa etməsi, həmçinin də bu barədə yuxarı orqanlara ünvanladığı haqlı şikayətləridir. Bildirilir ki, bu səbəbdən də icra başçısı çoxdan imiş ki, Anar Zeynalovu həbs etdirməyi planlaşdırımış. Bunun üçün də icra başçısı əlverişli məqam gözləyirmiş.
Mənbəmiz iddia edir ki, icra başçısı Anar Zeynalov barəsində nə olursa olsun cinayət işinin açılması barədə rayonun istintaq təqibi orqanına göstəriş verib. Beləliklə də Anar Zeynalova qanunsuz torpaq zəbtetmə maddəsi ilə cinayət işi açılaraq ibtidai istintaqa göndərilir.
Prosessual normanın tələblərinin pozulması ilə müşayiət olunan ibtidai istintaq mərhələsi yekunlaşaraq hökm oxunması üçün Beyləqan rayon məhkəməsinə göndərilib. İcra başçısı Asif Ağayev Anar Zeynalovu “bitirmək”, üçün son “düymə”yə basır. Və hakimin dili ilə Anar Zeynalova hökm oxunur.
Hakim Ramiz Nurullayev icra başçısının sifarişi ilə toplanmış cinayət işinin materiallarının dəlillərini araşdırmadan, pozuntuların fpvqünə varmadan Anar Zeynalovu həbs edir. Və beləliklə… Beyləqan rayon məhkəməsinin 26.10.2022-ci il tarixli hökmü ilə Zeynalov Anar Ədalət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (qanunsuz torpaq zəbetmə) təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilir.
Qeyd edək ki, Anar Zeynalov barəsində irəli sürülmüş ittihama görə, o, Beyləqan rayon bələdiyyəsinin mülkiyyətində olan 48 kv.m torpaq sahəsini qanunsuz olaraq zəbt edib.
P.S. İndiyənə qədər kiminsə 48 kv.m torpaq sahəsinə görə, hətta nəinki 48, ümumiyyətlə zəbtetmə ilə həbs edildiyi faktına rəst gəlməmişəm. Əgər belə olsaydı, onda gərək ölkədə hər kəs dəmir barmaqlıqla arxasında olaydı.
Görünür, Beyləqan rayon məhkəməsinin sədri (hökm oxuyan hakim) Ramiz Nurullayev Anar Zeynalovu bu maddə ilə həbs etməklə analoqu olmayan bir həbsə imza atmaq istəyib. Əslində deyim ki, bacardı da...
RealMedia.az