"Heç bir tədbirdə iştirak etməyib, vaxt itirməyib 20 manata beynəlxalq sertifikat aldım".
Bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert "Facebook" hesabında aldığı sertifikatın fotosunu paylaşaraq bunları yazıb:
"Bax işin mahiyyəti budur, pul qazanmaq. Pul qazanmaq üçün bütün rəsmi qurumların adından istifadə edilir. Beynəlxalq sertifikatın əldə edilməsi bu qədər bəsit olmamalıdır.
Kimsə deməsin ki, iştirak könüllü idi, istəyən pul ödəyib sertifikat alırdı. Məsələ ondadır ki, dünyanın heç bir yerində beynəlxalq tədbirin sertifikatı iştirak etməyənə satılmır".