Özünə 54 min manat maaş yazdıran məmur işdən görün niyə çıxarılıb
Azərbaycanda özünə işlədiyi dövür ərzində özünə 9224 manatdan 54301 manat əmək haqqı yazdırdığına görə işdən çıxarılan məmur 1,022,785 manat mükafatını geri istəyir.

32gun.az-ın məlumatına görə, bu şəxs 2020-ci ilin oktyabr ayınadək SOCAR AQŞ-nin Baş Direktoru vəzifəsində çalışmış Ramin İsayevdir.

Məlum olub ki, Baş Direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planı təsdiq etmək cavabdehin Direktorlar Şurasının səlahiyyətinə aid olduğu təqdirdə Ramin İsayev əmək haqqını 9224 manatdan 54301 manata yüksəldib. O, buna görə nə Direktorlar Şurasının, nə də Ümumi Yığıncağın razılıq almayıb.

Belə ki, o, öz fəaliyyəti dövründə ona cavabdeh tərəfindən ayrılan və sonuncunun işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə cavabdehə 354,657.31 (üç yüz əlli dörd min altı yüz əlli yeddi tam yüzdə otuz bir) manat məbləğində maddi zərər vurmuşdur. O, bu pulları ilkin cavabdehin fəaliyyətinə heç bir aidiyyəti olmayan, sırf öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir.

Onun çalışdığı son 5 il ərzində cavabdehə məxsus və cavabdehin ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə cavabdeh tərəfindən heç bir hesabat təqdim edilmədiyi aşkar edilmişdir.

Emitent olaraq Paşa Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş və cavabdehə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir.

Misal olaraq, bu xərcləmələrə lüks geyim markası olan “Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində pal-paltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində günlük 13785 ABŞ dolları məbləğində qonaqlama, “NLT telekom” mağazalar şəbəkəsindən və xaricdə “Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, günlük otelə 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir.

Onu da qeyd etmək lazımdır ki, cavabdeh son 5 ildə aşağıdakı ezamiyyətlərdə olmuşdur. Ona ödənilməli olan ezamiyyə xərcləri toplam məbləğ 35,561.30 manat olduğu halda, onun sırf ezamiyyətlə bağlı xərclədiyi məbləğ 58,483.11 manat təşkil etmişdir.

16 oktyabr 2020-ci il tarixində keçirilən ümumi yığıncağında İddiaçı fəaliyyətində verdiyi nöqsanlara görə Baş direktor vəzifəsindən azad olması barədə qərar qəbul edilib. Onun 2020-ci il oktyabr tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O da məlum olub ki, 1,022,785 manat mükafat ayrılsa da işdən çıxarıldığı üçün bu vəsait ona verilməyib.

Məhkəməyə müraciət edən sabiq məmur SOCAR-ın Direktorlar Şurasının qərarı ilə ləğv edilən bir milyon iyirmi iki min yeddi yüz səksən beş manat mükafatını geri istəyib. Onun tələbi isə təmin edilməyib.
 //32gun.az//

Dünyapress TV

Xəbər lenti