Bu gömrük qapısı ÖZBAŞINA QALIB
DİA.AZ: - Sədərək-Dilucu Gömrük-Keçid Məntəqəsində özbaşınalıq davam edir. DİA.AZ bildirir ki, bu barədə yayılan məlumatlarda qeyd olunur.

Onu da qeyd edək ki, neçə gündür sözügedən gömrük məntəqəsində sərhədi keçən hər vətəndaşdan 50 kq tərəvəz alınması tələb olunduğu haqda informasiyalar yayılmışdı. DİA.AZ bu xəbəri ayrı-ayrı qaynaqlara istinadən təqdim etmişdi.

İndi isə həmin qanunsuzluğu özündə əks etdirən videomaterial təqdim olunub:

VİDEO BURADA: https://www.facebook.com/heyder.oguz/videos/1005486654179930

Videonu göndərən vətəndaş maraqlı təklif irəli sürür:

"Naxçıvan gömrüyündə Türkiyəyə keçən hər vətəndaşdan 50 kq tərəvəz almağı tələb etmələri Dəli Domrulun körpüdən keçəndən 1 tümən, keçməyəndən 2 tümən istəməsinə bənzəyir. Elədirsə, DGK-nin (Dövlət Gömrük Komitəsi) adının əvvəlinə 1 D hərfi də əlavə etsinlər, olsun DDGK. Yəni Dəli Domrul Gömrük Komitəsi. Çünki Dövlət belə etməz. Dövlət adını öz çirkin əməllərinin üzərinə yapışdırmasınlar. Bunu ancaq Dəli Domrullar edər. Adını da mahiyyətinə uyğun qoysunlar, biz də işimizi bilək".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti