Göyçaylılar Daxili İşlər Naziri və Baş Prokurordan nəm istəyirlər?
Göyçay rayon sakini, ictimai fəal Məhəmmədəli Səmədov və sakinlər tərəfindən Azərbayxan Respublikasının Baş Prokuorluğuna və Daxili İşlər Nazirliyinə

"Cənab Nazir və cənab Baş Prokuror!
Məlumunuz olsun ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında demək olar hər gün avtoqəzalar baş verir. Göyçay Polis Şöbəsinin Yol Polisi Bölməsini tərəfindən qeyri-ciddi nəzarət olunan bu, ərazidə avtoxuliqanlıq edən gənclər hər an insanların həyatı üçün yaradırlar. Övladlarını GDİTK-ya, 106 peşə liseyinə və yaxınlıqda yerləşən 9 saylı orta məktəbə təhsil almaq məqsədilə göndərən valideynlər daim səksəkidə, qorxu və təlaş içərisindədirlər. ilin ilk tədris günündən, yəni15 sentyabr tarixindən bu günə qədər çoxlu saylı avtoqəzalar baş verib, avtoşluq edən sürücülər də daxil olmaqla, bir neçə insanın sağlamlığına ciddi zərər dəymişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində: "Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır".

Dəfələrlə əraziyə müşahidə kamerası, radar, tramplin qoyulması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə və Göyçay Rayon Polis Şöbəsinə müraciət etsək də, heç bir nəticə əldə edə bilməmişik. Nəinki yuxarıda qeyd etdiyimiz təhlükəsizlik vasitələrinin quraşdırılması, heç DYP-nin əməkdaşlarının belə bu yerdə az-az göründüyünün şahidi oluruq. Halbuki bura rayonun ən ciddi nəzarət altında saxlanılmasına zəruri ehtiyacı olan ərazidir. Uca səslə oxudulan musiqilərin səsindən adamın qulağı deşilir, avtomobilləri o qədər yüksək sürətdə sürürlər ki, bu da idarəetməni itirməyə və insan ölümünə gətirib çıxarır. Avtomobillə ətrafdakı ticarət obyektlərinə, yaşayış evlərinə, qaz borularına, rabitə və elektrik dirəklərinə çırpılırlar. Piyada keçidinə məhəl qoyulmadığına görə, azyaşlı məktəblilərin yolun bir tərəfindən digər tərəfinə keçməsinə taksi sürücüləri və obyekt sahibləri yardım edirlər.

Kimə deyəsən, hara gedəsən, necə edəsən? - bilmirik!

Bu qədər də məsuliyyətsizlik olmaz! Öz övladlarının burnu qanayan zaman dəridən-qabıqdan çıxan, onların üstündə tir-tir əsən həmin vəzifəli şəxslər sakinlərin özlərinin və övladlarının sağlamlığına və təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar.

Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsilə də (İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər) təsdiqlənməkdədir.

Sizdən çox xahiş edirik, adı çəkilən ərazidə təcili olaraq təhlükəsizlik tədbirləri və DYP-nin postu təşkil edilsin".
Teref.az
 

Dünyapress TV

Xəbər lenti