Müştərilər Kapital Bankdan niyə imtina edirlər? - FOTOFAKT
Azərbaycanda ən çox nöqsanlara və ictimai narazılığa bank sektorunda rast gəlinir desək, yəqin ki, yanılmarıq. Doğrudur, əhalinin böyük əksəriyyəti bankların müştərisi olduğundan, bu sahədəki narazılıqların sayının hədsiz çoxalması da anlaşılandır. Digər tərəfdən bank sektorunun bərbad vəziyyətdə olması faiz nisbəti ilə bu sahədən gələn şikayətlərin artmasını labüd edir. Haqqında ən çox şikayət səsləndirilən, bununla belə müştəri məmnuniyyətini nəzərə almayan banklardan biri də Kapital Bankdır. İnsanlar daha çox karta müdaxilələrin olması, təhlükəsizliyin yaxşı təmin edilməməsi, müştəri məmnuniyyətinin nəzərə alınmaması, operatorların ünvanlanan sualları vaxtında və lazımı səviyyədə cavablandırmaması və sair bu kimi problemlərdən şikayət edirlər.

TEREF.AZ bildirir ki, KONKRET.az-ın redaksiyasına Kapital Bankın yarıtmaz fəaliyyəti barədə bu cür şikayətlər vaxtaşırı daxil olur.

Bu dəfə isə adıçəkilən Bankın fəaliyyətindən tanınmış teleaparıcı Turan İbrahimov öz sosial şəbəkə hesabında fikir paylaşmaqla şikayət edib. Teleaparıcı bildirib ki, uzun müddətdir müştərisi olduğu Kapital Bank və onun Birbank tətbiqi onun maliyyəsini qoruya bilmir, edilən müraciətləri və səsləndirilən haqlı iradları isə cavablandırmır. Əksinə süründürməçiliyə yol verməklə müştəri məmnuniyyətini heçə sayır. Bütün bu səbəbləri əsas gətirən teleaparıcı Kapital Bankla əməkdaşlıqdan və onun Birbank tətbiqindən imtina etdiyini açıqlayıb.

Maraqlı və diqqət çəkən məqam ondan ibarətdir ki, Turan İbrahimovun paylaşımına rəy yazan insanların demək olar ki, hamısı teleaparıcı ilə həmfikir olduqlarını bildiriblər və Kapital Bankın fəaliyyətindən narazılıqlarını dilə gətiriblər. Bəziləri sözügedən bankın öz müştərisinin kartından boş yerə pul çıxdığını, lakin 3d kodu göndərmədiyini, digərləri köçürmələr zamanı çox faiz tutduğunu və operatorların gec cavab verdiyini vurğulayıblar.

Bir sözlə yazılan rəylərdən insanların böyük əksəriyyətinin Kapital Bankın qurduğu sistemdən və tətbiqlərindən narazı olduğu açıq-aşkar görünür. Müştəri məmnuniyyətinin heçə sayılması isə adıçəkilən Bankın ən böyük nöqsanı kimi təqdim edilir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda 25 bank fəaliyyət göstərir və müştərilərin seçim imkanı var:

“Hansısa bank müştərinin tələbatını lazımı səviyyədə ödəyə bilmirsə və narazılıq yaradırsa, bu zaman digər bankın fəaliyyətindən yararlanmaq mümkündür. Çünki bu sektorda seçim azaddır. Burada hər bir müştərinin fərdi yanaşması mümkündür. Bir bankın fəaliyyətindən hər kəs razı qala bilməz. Hər bir halda müştərinin haqqı və müqavilə şərti pozularsa, bu zaman mütləq məhkəməyə müraciət edə bilər”.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1666962467_1.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1666962521_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1666962522_1.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1666962562_1.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-10_1666962561_2.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti