DİA.AZ: - ""Neftqazelmitədqiqatlayihə" İnstitutu rəhbərliyi tərəfindən ölkənin əmək qanunvericiliyinin pozulması davam edir". Bunu DİA.AZ-a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edir.
Mirvari xanım fikrini daha sonra belə əsaslandırır: "Oktyabr ayında İnstitutun attestasiya olunacaq işçilərinin test imtahanları başlayır. Test imtahanı verə bilən işçi sonra attestasiya olunacaq.
Bununla da İnstitut rəhbərliyi, və müvafiq Departament (şəxs) ARƏM Maddə 65 ,66 və Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarını pozmuş olur. Attestasiya olunacaq işçinin, attestasiyadan qabaq imtahan olunması absurd və ölkə qanunvericiliyinə ziddir.
Ölkənin əmək qanunvericiliyini pozan İnstitut rəhbərliyi hələ də ARƏM-n müvafiq maddələrinə əsasən cəzalandırılmayıb".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...