Savadlı tibb işçilərinin sıxışdırılaraq işdən uzaqlaşdırılması Naxçıvanda həkim qıtlığına səbəb olub. Elə buna görə də, həkimin daşıyacağı vəzifələrə aqronom, hüquqşünas, iqtisadçı və ya başqa ixtisas sahibləri təyin olunurlar. Məsələn, Naxçıvan Perinatal Mərkəzin (Doğum Evi) direktoru keçmiş Ombudsman Ülkər Bayramovadır. Mərkəzdə uşağın normal doğuş, yaxud keysəriyyə əməliyyatı ilə dünyaya gələcəyinə o qərar verir. Naxçıvan Mərkəzi Xəstəxanasına isə, bu günlərə kimi əvvəllər Cahan Holdingdə işləmiş biznesmen Feyruz Zehirov rəhbərlik edib. Ötən həftə onun yerinə təyin olunan Qadir Ağayev isə, ixtisasca iqtisadçıdır. Siyahını uzatmaq da olar. Naxçıvan Mərkəzi Xəstəxanasında həkim işləyən B.N. deyir ki, tək direktor yox, həkim vəzifələrinə də ixtisasına uyğun olmayanlar təyin olunurlar: “Əvvəllər çox yaxşı, öz sahəsini bilən mütəxəssislər var idi. Son vaxtlar çoxlu sayda Naxçıvandan olan gənc həkimlər xaricdə təhsil alıb gəliblər. Lakin ixtisaslı həkimlərin işləməsinə şərait yaradılmadığı üçün yüzlərlə peşəkar kadr Naxçıvanı tərk edərək Bakıya, yaxud Türkiyəyə köçüblər. başqa yerlərə gedib. Hazırda Bakı və Türkiyədəki dövlət və özəl tibb müəssisələrində Naxçıvandan gedən onlarla uzman həkim fəaliyyət göstərir və kifayət qədər tanınırlar. Xəstəxanamızdakı həkimlərin az qala yarısı ixtisasına uyğun fəaliyyət göstərmir. Çünki, həkimlərin çoxu tanışlıq və rüşvət müqabilində təyin olunur. Yuxarı orqanlar əsas gəlirli sahələrə ixtisasına uyğun olmasa da özlərinə yaxın həkimləri təyin edirlər. Onları xəstələrin sağlamlığı deyil pul düşündürür”. Naxçıvandakı xəstəxanalrın birində işləyən həkim S. Qurbanov isə deyir ki, müalicə müsəssilərində savadlı tibb bacılarına da işləməyə imkan vermirlər: “Bütün ixtisaslı həkimləri, hətta yaxşı, işini bilən tibb bacılarını belə gözüm çıxdıya salaraq xəstəxanadan uzaqlaşdırıblar. İşdən çıxmağa məcbur edilən həmin tibb işçiləri xəstlərə vicdanla düzgün diqanoz qoya , tibbi avadanlqlardan istifadə edə bilirdilər. Onların yerinə isə ya savadsız həkimlər, yaxud da ixtisası həkim olmayanları təyin edirlər”. Gündəlik Naxçıvan TEREF