BEYNƏLXALQ AVTOMOBİL CƏMİYYƏTİ "SOCAR PETROLEUM"U TƏKZİB EDİR: ŞİKAYƏTÇİNİN AVTOMOBİLİNİN ÇƏNİ 65 LİTRLİKDİR!
"SOCAR Petroleum" QSC- nin Sumqayıtdakı yanacaqdoldurma məntəqəsi ətrafında baş verən qalmaqal pik həddinə çatır...

Belə ki, şikayətçi Nazim Orucovun iddiasına və təqdim etdiyi maddi sübutlara görə, onun avtomobilinin yanacaq çəni 65 litr olduğu və çəndə minimum 8-10 litr ehtiyat yanacaq olduğu halda, Sumqayıtdakı yanacaqdoldurma məntəqəsində onun avtomobilinə 84 litr yanacaq vurulduğu təmin edilib və uyğun məbləğdə ödəniş tələb olunub... Lakin QSC- nin dünən "Təzadlar"a göndərdiyi açıqlamalardan belə çıxır ki, baş verənlərdə onların heç bir günahı yoxdurş əgər elə bir problem vardırsa, Standarlaşdırma İnstitutu məsuliyyət daşıyır... Standartlaşdırma İnstitutu isə məsuliyyəti Meterologiya İnstitutunda görür...

XXX

Amma biz deyirik ki, bütün çətin mübahisələrin həm də bir sadə çıxış yolu olur… Bu məsələdə də mübahisənin adi və sadə bir həlli yolu vardır: avtomobilin yanacaq çəninin ölçülməsi! Bunun isə iki yolu var: həmin çən avtomobildən çıxarılır və kənarda ona yanacaq vurulur, bununla da onun tutumu müəyyənləşir. Ya da ənənəvi yolla yanacaqdoldurma məntəqəsində menzurka tətbiqi ilə pompaların yanacaqvurma qabiliyyəti müəyyənləşdirilir... «SOCAR Petroleum»un rəsmiləri bunun fərqli izahını versələr də, şikayətçi və elə «Təzadlar»ın Araşdırma Qrupu da buna inanmaq istəmir. Niyə? Çünki təklif olunan üsullar və ölçü formalarının mətləbə dəxli yoxdur. Çünki bizə verilən məlumata görə, dünən- martın 3-də Meterologiya İnstitutunun mütəxəssisləri artıq həmin məntəqədə olublar, şikayətçinin iştirakı olmadan lazımi işlər görülüb və s.
Problem isə sadədir: vətəndaşın avtomobilinin yanacaq çəninin tutumu 65 litrdir və həmin 65 litrlik çənə 84 litr yanacaq «vurulub» və bu həcmə görə də ondan pul alınıb. Biz demirik ki, «SOCAR Petroleum»un bütün yanacaqdoldurma məntəqələrində vəziyyət belədir. Amma biz həm də deyirik ki, ölkədə təxminən 1,48 milyon avtomobil var. Hər kəs yanacaq çənini tam doldurmur ki, nədə aldadıldığını bilsin. Amma belə hal varsa, aradan qaldırılmalıdır. Ya vəlvələdən, ya zəlzələdən, texniki problem aradan qaldırılmalıdır! Vəssalam! Vətəndaşlar- sürücülər niyə aldadılmalıdır???
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709575009_2.jpg
«Təzadlar» məsələyə aydınlıq gətirilməsi üçün İsveçrənin Beynəlxalq Avtomobil Cəmiyyətinə məxsus portalına rəsmi sorğu göndərdi. Bizə müvafiq texniki göstəricilər toplusunu göndərdilər... Fotoşəkillərdən də məlum olur ki, vətəndaş Nazim Orucova məxsus olan və 2002-ci il buraxılışlı, Ban nömrəsi «wdc1631131x776706» "Mersedes benz-270" markalı avtomobilin yanacaq çəninin tutumu 65 litrdir!!! Bəli, bəli, texniki göstərici belədir!

İstərdik ki, kimsə özünü yormasın. Çünki şikayətçi məsələni məhkəmədə mübahisələndirəcək. Məhkəmə isə əsas maddi sübut olan çənin tutumunu yoxlamalıdır. Bunun üçün isə, yuxarıda dedik, həmin avtomobilin çəni məhkəmənin müəyyən etdiyi qaydada, Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən laboratoriyada, özü də şikayətçinin və "Təzadlar"ın Araşdırma Qrupunun iştirakı ilə sökülüb çıxarılır, tutumu müəyyənləşdirilir...

Bu da son: sual isə belədir: 65 litr tutumlu çənə 84 litr yanacaq necə vurula bilər???

(Davamı var)

"Təzadlar"
 

Dünyapress TV

Xəbər lenti