İki fotonun və iki məmurun fərqi, yaxud Naxçıvanın fərqlənmək “xəstəliyi” - FOTO
Naxçıvanlılar uzun illərdir ki, öz rəhbərlərinin fərqlənmək “xəstəliyindən” əziyyət çəkirlər. Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov da bu “sindroma yoluxmuşdu”. Fərq odur ki, Talıbov muxtar respublika rəhbəri seçiləndən, təqribən, 10 il sonra “xəstələnmişdi”. Naxçıvanın muxtariyyət statusunu əlində bayraq edən Vasif Talıbov hər vəchlə Azərbaycanın əsas hissəsindən fərqlənməyə çalışırdı. Onun keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar Bakıdan fərqlənirdi. Bununla bağlı çoxsaylı misallar deyə bilərik. Məsələn, koronavirusun tüğyan etdiyi dövrdə Azərbaycanın paytaxtında və bütün bölgələrində hər kəsdən maska taxmaq tələb edilirdi. Hətta Prezident İlham Əliyev də şəxsi nümunə göstərərək keçirdiyi tədbirlərdə maska taxırdı. Həmin dövrdə Azərbaycanda maska taxmayan yeganə rəhbər vəzifəli şəxs Vasif Talıbov idi. Talıbov Azərbaycanın əsas hissəsindən fərqlənərək Naxçıvanda heç kimi maska taxmağa məcbur etmədi. Naxçıvan Azərbaycanın yeganə bölgəsidir ki, orada maska taxmamağa görə heç kim cərimə olunmayıb. Vasif Talıbov mərkəzdə yaradılan dövlət orqanlarını Naxçıvanda fərqli formada təsis edir, aparılan struktur islahatlarını Bakıya uyğunlaşdırmırdı. Bu fərqlənmək “xəstəliyi” uzun illər müalicə olunmadığından metastaz verdi və sonda Talıbovun biabırçı şəkildə vəzifədən qovulması ilə nəticələndi.

Vasif Talıbovun istefasından sonra naxçıvanlılar hesab edirdi ki, bu fərqlənmək “sindromu” sağalacaq, muxtar respublikada hər şey Bakıdakı kimi olacaq. Ancaq ümidlər özünü doğrultmadı. Vasif Talıbovun “ənənələri” davam etdirildi, fərqlənmək “xəstəliyi” yenidən baş qaldırdı.

Həqiqətən də insanlar bunu dərk etməkdə çətinlik çəkir. Niyə belə olur? Axı mərkəzdən, siyasi hakimiyyətdən belə tələb olunmur! Naxçıvan niyə özünü Bakıdan və digər regionlardan fərqləndirməyə çalışır? Bu fərqlənmək arzusu və istəyi Naxçıvan əhalisinə problem yaradır, onları çətinə salır.

Bu günlərdə redaksiyamıza göndərilən iki fotoya baxandan sonra bu qənatə gəldik.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Naxçıvanda vətəndaş qəbulu.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901398_1.jpg
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naxçıvanda vətəndaş qəbulu keçirib. Diqqətli oxucumuz Rəşad Nəbiyevin və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin keçirdikləri vətəndaş qəbullarının fotolarını göndərib soruşur ki, Naxçıvanda Bakıdan fərqlənmək “sindromu” sağalmayıb?

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Kəngərli rayonunda vətəndaş qəbulu.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901398_2.jpg
Oxucumuz artıq Bakıdan yüksək vəzifəli şəxslərin gedib Naxçıvanda qəbullar keçirməsinə sevinir, muxtar respublikada hər şeyin paytaxtdakı kimi olmasını arzulayır.

Bu müraciətdən sonra Fuad Nəcəflinin və Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Naxçıvanda keçirdiyi vətəndaş qəbullarının fotolarına baxdıq. Ölkəmizin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbullarının formatı, demək olar ki, eynidir. Naxçıvan isə Talıbov dövründəki “ənənəsinə” sadiq qalaraq bu formatı dəyişib və fərqlənib. Soruşa bilərsiniz ki, burda böyüdüləcək nə var ki! Biri qəbul zamanı stolu başqa cür, o biri ayrı formada qoyur. Biz də çoxları kimi düşünürdük. Amma oxucumuz bu məqama da aydınlıq gətirib. Deyir ki, əvvəla Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən fərqlənmək özünü ayrı bir dövlətin təmsilçisi kimi göstərmək istəyidir. Bununla demək istəyirlər ki, biz sizdən daha üstünük.

İkincisi, bu necə vətəndaş qəbuludur ki, şikayətçini hər kəsin yanında qəbul edirlər. Səlahiyyətli nümayəndə vətəndaşları qəbul edərkən rayonun icra başçısı, muxtar respublikanın bəzi mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, rayonun müxtəlif idarə və təşkilatlarının rəhbərləri qəbul keçirilən zalda oturur. İndi bu vətəndaş hər kəsin içində öz dərdini, şikayətini Prezidentin səlahiyyətli nümayəndəsinə necə desin? İcra başçısından, nazirdən onların yanında səlahiyyətli nümayəndəyə necə şikayət etsin?

Üstəlik qəbulun formatı elə qurulub ki, vətəndaş ilk andan psixoloji gərginlik içində olur. Müttəhim kürsününə bənzər stulda, hər kəsin yanında vətəndaşın dərdini soruşsan, o, şikayətini olduğu kimi deyə bilməyəcək. Vətəndaşla fərdi qaydada danışmaq, onunla səmimi olmaq lazımdır ki, o, məmurlardan şikayətini ürəkaçıqlığı ilə deyə bilsin. Beləliklə, problemlər, narazılıqlar aradan qaldırılar, vətəndaş məmnunluğu təmin edilər. Elə bu məqamda daha bir ciddi sual meydana çıxır. Bu qəbulların formatı fərqlənmək üçün belə seçilib, yoxsa vətəndaşın problemlərinin həll edilməməsi üçün? Hər ikisi qəbuledilməzdir və Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. Dövlət heç kimin fərqlənməməsi, hər kəsin bərabər səviyyədə yaşaması və fəaliyyət göstərməsi, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirir. Naxçıvanda isə...

Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Naxçıvanda vətəndaş qəbulu.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901398_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901398_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901398_5.jpg
Fuad Nəcəflinin Ordubad rayonunda vətəndaş qəbulu.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901482_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901482_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901482_3.jpg
Fuad Nəcəflinin Culfa rayonunda vətəndaş qəbulu.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901542_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901542_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705901542_3.jpg
TNS.az
 
 
 

Dünyapress TV

Xəbər lenti