Vətəndaşın obyektini xəbərsiz sökməsi ilə gündəm olan "Grand Plaza" MTK yenidən məhkəmə qarşısında - Bu dəfə
"GRAND PLAZA" MTK məhkəməyə verilib.
32gun.az xəbər verir ki, İsgəndərova Nəzakət Məmməd qızı şirkətlə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Hakim Ceyhun Tağıyevin sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr və Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələrdən ibarətdir.

Bildirək ki, nizamnamə kapitalı 50 AZN "Grand Plaza" MTK-nın qanuni təmsilçisi Kənan Xəlilov Nazim oğludur.

Mediada gedən məlumatlara görə, bu hal "GRAND PLAZA" MTK-nin başına ilk dəfə gəlmir. Şirkət medida vətəndaşın obyektini ondan xəbərsiz sökməsi ilə gündmə gəlmişdi. Hadisə paytaxt sakini Mərdan Yusifovun başına gəlib. O bildirirdi ki, ''Grand Plaza'' adlı şirkət Nəsimi rayonu, Süleyman Rüstəmov 59 ünvanında yerləşən 82 kv/m-lik təmirli obyektini söküb. Həmin şirkət ərazidə 4 ilə yaxındır ki, tikinti işləri aparır. Şirkətlə vətəndaşın razılaşması olmadığından obyekti sökülməyib. Buna baxmayaraq şirkət obyekti hasara alaraq fəaliyyətini dayandırıb".

Həmçinin şirkət barəsində “Grand Plaza” MTK barəsində ötən il dekabr ayında vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunmuşdu.

Dünyapress TV

Xəbər lenti