Prezidentliyə namizəd ƏƏSMN nazirinə sorğu ünvanlayıb
Deputat Zahid Oruc nazir Sahil Babayevdən qazinin ərizəsinə baxmağı xahiş edib
Milli Məclisin insan hüquqları komitəsinin sədri , Prezidentliyə namizəd Zahid Oruc 1-ci dərəcəli Qarabağ qazisinin dələduzluqla kəsilən pensiyasının bərpası ilə bağlı ƏƏSMN naziri Sahil Babayevə müraciət edib. Millət vəkili 23.11.2023-cü il tarixli qəbulunda qazinin təqdim etdiyi 4 vərəqdən ibarət sənədləri də qoşaraq nazirdən ərizəyə baxılmasını və nəticəsi barədə göstəriş verilməsini xahiş edib.
MM-dən ƏƏSMN-ə göndərilən sənədlər isə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin 26.01.2023 tarixli, müavini Elnur Qurbanovun 22.02.2023 tarixli, digər müavini Kərim Sarıyevin 08.04. 2022 tarixli məktubları və 1 BİİM-in ( hakim Elçin Məmmədov) 05.07.2017 tarixli , 2-1(81)-1889/17 saylı qərarından çıxarışdır. Bu sənədlərdə Qarabağ qazisinin pensiyasının məhkəmə qərarı ilə ayrılan 110 manatla birgə hesablandığı yazılıb. Di gəl , həmin borclu Filial 01.04.2023-cü ildən məhkəmə qərarını görməzliyə vurur, 1-ci dərəcəli əlilin pensiyasına əlavə olunan 110 manatı kəsərək, daha 138.79 manat azaldıb. Cinayətkar saxtalığa baxın, üzərinə öhdəlik qoyulan pensiya orqanı dövlətin adından çıxarılan məhkəmə qərarını pensiyaçı qazinin şəxsi işindən yoxa çıxarıb !(?) Bu yekəlikdə korrupsiya, dövlətə- Prezidentə, MM-ə, məhkəməyə hörmətsizliyə 10 aydır qiymət verilmir. Cinayətkar saxtalıq o həddədir ki, hətta qərarı qəbul edən Bakı İnzibati Məhkəməsi də 6 ildən ( artıq 7 ildən) sonra məhkəmə qərarının yoxa çıxmasını qanuni sayır. Borclu DSMF-in pensiya filialı hamını Azərbaycanda Konstitusiyanın qüvvədə olmadığına inandırıb ki, qazinin pensiyasına əlavə “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsi əsasında verilib və bu maddə 2021-ci ildə ləğv olunduğundan hələ pensiyaçının büdcəyə 3188.79 manat borcu var. Halbuki məhkəmə qərarında 19.2.5 maddəsi əsasında baza hissəsinin 100 faizi həcmində əlavənin 2007-ci ildən hesablanıb ödənilməsi qərara alınıb. İstənilən halda qanunun ləğv edilməsi ilə nə məhkəmə qərarı ləğv oluna bilər , nə də pensiyaya əlavə olunan məbləğ.
Hələ ki nazir Sahil Babayevin deputat sorğusuna reaksiyası bəlli deyil. Onu da vurğulayaq ki, MM-in insan hüquqları komitəsinin sədrinin 18.12.2023 tarixli qəbulunda da 1-ci dərəcəli Qarabağ qazisi eyni sənədləri təqdim edib və pozulmuş insan hüquqlarının bərpasını diləyib.
Məğrur Bədəlsoy
Teref: Xocanın Blogu
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_20240110_125929.jpg
 

Dünyapress TV

Xəbər lenti