1697196482_yy.jpg

Azərbaycanda məmurların əksəriyyətinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük biznesə, var-dövlətə sahiblənməsi artıq adi hala çevrilib. Belə məmurlardan biri də Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovdur. 
 
 İntiqam Cümşüdov Xətai rayonunda “Oliqarx” ləqəbi ilə tanınır. İntiqam Cümşüdovun Xətai rayon Gəncə prospektində çoxsaylı obyektlərinin olduğu bildirilir. Aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun milyonlarla manat qiyməti olan obyektlərə necə və hansı pullarla sahib olması maraqlıdır. 
Əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, Xətai rayonunda obyekt, ev və sair tikililərin icra hakimiyyətindən “icazə” alınması məsələlərinə də İntiqam Cümşüdov baxır. 
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./azfakt.com/
 
 
 

Dünyapress TV

Xəbər lenti