Qazimiz Prezidentə şikayət etdi:
Teref.az yazır ki, Bakı şəh., Abşeron ray., Məhəmmədi kənd sakini ailəlikcə qazi olan Cahangirov İlqar Əlsafa oğlu Prezidentə müraciət ünvanlayıb. Bir surətidə Teref.az-ın redaksiyasına daxil olmuş müraciətdə qazimiz yazır:
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş
Komandan cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə
təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla
təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan
ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü
dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə,
döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif
olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı
olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup
əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində
yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci
Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə
bağlı şəxslərik.
Bu artıq mənim sonuncu şikayət ərizəmdir. Bu ərizəmə də baxılmasa mən artıq
bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və
Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki,
mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar. Bunu etdikdən sonra
bilirəm ki, hüquq-mühafizə orqanlarındən mənə zənglər gələcək, lakin mən bunu
əvvəlki məktublarımda və 30-dan çox saytda mənim yazılarım dərc ediləndə həmin
məktublarda bildirmişdim. Axı bu qədər məktublar yazıram və 30-dan çox saytda
mənim barəmdə xəbərlər dərc edilib nəyə görə bütün bunlara əhəmiyyət verən
yoxdur? Cənab Prezident çıxışlarında bildirir ki, problemləriniz barədə mənə
siqnal ötürün, mən isə sual verirəm ki, cənab Prezidentə necə siqnal ötürməliyəm
axı? Prezident Administrasiyasına və digər dövlət qurumlarına çoxsaylı
müraciətlər etmişəm və media vasitəsi ilə cənab Prezidentə səslənmişəm. İndi siz
söyləyin mən cənab Prezidentə necə siqnal ötürüm? Hətta Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın qəbuluna yazılıdım, köməkçiləri məni qəbul etdilər və
problemimin həlli istiqamətində kömək edəcəklərinə söz versələr də heç bir
nəticəsi olmadı.
Təsəvvür edin ki, bu qədər vaxtda nə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin rəsmiləri nə də Abşeron rayon İcra Hakimiyyətinin rəsmiləri məni
qəbul etmədilər. Mənim kimi bir qaziyə qarşı belə bir süründürməçilik edən
məmurlar görün sadə vətəndaşları necə əzirlər. Abşeron rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyevə bu ölkədə gözün üstə qaşın var deyən yoxdur! Halbu ki,
mənim 20-dən çox saytda məqalələrim var ki, Abşeron rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyevin qəbuluna bir ildir düşə bilmirəm.
Baxın, Cənab Prezident İlham Əliyev çıxışlarında söyləyir ki, bütün məmurlar
xalqın xidmətçisidir, heç kim özünü ağa kimi xan kimi aparmamlıdır, xalqa üstdən
aşağı baxmamalıdır. Lakin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev özünü xalqın xidmətçisi bilmir, özünü ağa kimi xan kimi aparır və
bütün vətəndaşlara üstdən aşağı baxır. İndi buna nə ad verəsən? Bir ildir ki, Abdin
Fərzəliyevin qəbuluna düşə bilmirəm və bunu bütün media vasitəsi ilə bütün dövlət
orqanlarına çatdırıram, nə fayda? Abdin Fərzəliyev açıq-aşkar deyir ki, mən
Prezidentin tapşırıqlarına məhəl qoymuram. Bəs nəyə görə ona gözün üstə qaşın
var deyən yoxdur?! Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab
Sahil Babayevin də qəbuluna bir ildir ki düşə bilmirəm. Prezident
Adminitrasiyasına və digər Dövlət qurumlarına onlarla məktub yazıram, 90-dan
çox mediaya müraciətlər ünvanlayıram və nəticə yoxdur!
Son bir əlacım qalıb o da yuxarıda qeyd etdiyim kimi, bütün beynəlxalq
təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda
olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi
cənab Prezident İlham Əliyevə çatdırsınlar. Hətta Türkiyə, Rusiya, Pakistan və
İsrail mediası vasitəsi ilə də cənab Prezident İlham Əliyevə müraciət etməyi qərara
almışam. Çünkü öz ölkəmdə mənim müraciətlərimi cənab Prezidentdən gizlədirlər,
çünkü öz ölkəmdə bir qazi olaraq nə nazirin nə də icra başçısının qəbuluna girə
bilmirəm, çünkü öz ölkəmdə bir qaziyə qoyulan bu “hörmət” məni narahat edir.
Mənim, artıq başqa ölkələrə müraciət etməkdən başqa çarəm qalmayıb! Məni bu
vəziyyətə gətirənlər mənim ölkəmin Prezidentdən belə qorxmayan məmurlarıdır!
İmza: İlqar Cahangirov
Bakı şəh., Abşeron ray., Məhəmmədi kəndi
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_whatsapp-image-2023-06-12-at-11_56_25.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_whatsapp-image-2023-06-12-at-11_56_26-1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-08_whatsapp-image-2023-06-12-at-11_56_26.jpg
 

Dünyapress TV

Xəbər lenti