DİA.AZ: - 2020-ci ilin fevralında ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Məhkəmə mübahisələri ilə iş idarəsinin yaradılmasının Konstitusiyaya zidd olmasından, 60-cı maddə ilə təminat verilən inzibati və məhkəmə təminatı hüququna , 38-ci maddə ilə təminat verilən sosial təminat hüququna qadağa amacı daşıdığından yazmışıq. Başlıca olaraq, hüquqdan kasad pensiyaçıların peşəkar hüquqçuların yardımı ilə maddi və prosessual hüquqlarından məhrum edilməsi kobud insan hüquqları pozuntusu olsa da, üç ildən çoxdur ki, pozuntu sürür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məaqlədə daha sonra bildirilir: "Məhkəmə mübahisələri ilə iş idarəsinin tərkibi haqqında bilgi verilməsə də, məhkəmə işlərinə çıxan əməkdaşlarına Fondun sədrinin imzası ilə verilən 26.04.2023 tarixli (topdan) etibarnamədə idarənin – mərkəzi filialın direktoru Abuzər Nemət oğlu Mütəllimov , departament müdiri Yeganə Bayram qızı Məmmədova olmaqla , daha 19 nəfər baş, böyük, aparıcı mütəxəssislər görəvini tutan peşəkar hüquqşünasa məhkəmə işlərində Fondu və qurumlarını müdafiə etmək səlahiyyəti verildiyi bəlli olur. Dövlət orqanına hüquqi yardım göstərən idarənin rəhbərliyinin və bir neçə əməkdaşının Vəkillər Kollegiyasının 39 saylı vəkil bürosunun rəhbəri və üzvləri olması vəkil orderindən bəlli edir. Abuzər Məmmədov həm də 39 saylı vəkil bürosunun müdiri, Yeganə Məmmədova , Emil İsgəndərli .. sıradan üzvləridir. Bəs vəkilliklə dövlət qulluğu necə uzlaşdırılır ? Heç demə, 39 saylı vəkil bürosu elə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının , digər idarələrinin və əlbəttə, Məhkəmə Mübahisələri ilə İş İdarəsinin yerləşdiyi ünvanda yerləşir . Daha doğrusu, 39 saylı vəkil bürosu ilə Məhkəmə mübahisələri ilə iş idarəsi eyni qurumdur . Belə çıxır, DSMF-də 39 saylı vəkil bürosu ştat vahidi kimi fəaliyyət göstərir !(?) “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun isə belə fəaliyyəti yolverilməz sayır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələbinə görə, dövlət qulluğunda çalışan şəxs vəkillik fəaliyyətinə qulluqdan çıxandan sonra başlaya bilər. Eyni zamanda vəkil seçilən şəxsin dövlət qulluğunda işini davam etdirməsinə yol verilmir və belə hal məsuliyyət yaradır. ƏƏSMN tabeliyində DSMF-in isə dövlət qulluğunda bütöv 39 saylı vəkil bürosu dayanır. Vəkillərin dövlət hesabına dövlət orqanına hüquqi yardımı isə məhkəmələrlə qeyri- prosessual münasibətə girib, iddianı mümkün saydırmamaqdan, işə mahiyyəti üzrə baxılmasına imkan verməməkdən o yana keçmir. Pensiyaçılara gəldikdə, qeyri-prosessual ilişginin, rüşvətin qaynağının elə pensiyalar, müavinətlər olması şübhə doğurmur. Başqa sözlə, dövlət orqanı heç nə itirmir, itirən pensiyasından da, hüququndan da məhrum edilən zavallı əlillər, qazilər, pensiyaçılar, sosial müavinət alanlar olur. Təsəvvür edin, məhkəmə mübahisələri ilə iş idarəsinin 39 saylı vəkil bürosundan olan vəkil(lər)i- nümayəndələri 1-ci dərəcəli Qarabağ qazisinə hətta kassasiya instansiyasında vəkil ayrılmasına etiraz edir(lər) !(?) Fikrimizcə, Ədliyyə Nazirliyi, Baş prokurorluq dövlər orqanında vəkil bürosunun fəaliyyət göstərməsinə hüquqi qiymət verməyə borcludur. Di gəl, kimdir Konstitusiyaya hörmətsizliyə qiymət verən, vətəndaşın, sosial müdafiəyə ehtiyacı olanın hüquqlarının sosial müdafiə orqanının peşəkar vəkilliklə pozmasına son qoyan?!"
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...