İş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olduğu üçün hər addımı müzakirə edilən müğənni Hadisə ilə bağlı yeni iddialar səsləndirilir. Türkiyə mətbuatı xəbər verir ki, ifaçının yenidən keçmiş sevgilisinə - Cənubi azərbaycanlı iş adamı Rza Zərraba qayıtdığı iddia olunur. "Söyləməzsəm olmaz" verilişində aparacılıq edən müğənni Arto deyib ki, bu münasibət yenidir. Yəni Hadisənin boşanmasının səbəbi Rza deyil. Xatırladaq ki, 2 il əvvəl də Hadisənin adı Rza Zərrabla hallanıb və həmin vaxt eşq yaşadığı aktyor Kaan Yıldırım ifaçıdan məhz bu səbəblə ayrılıb. Söz-söhbətlərə görə iş adamının keçmiş həyat yoldaşı Ebru Gündəşlə Hadisənin arası dəyib.