"Biz Ukraynanın əhəmiyyətli hərbi və iqtisadi ehtiyaclarını ödəməklə ona dəstəyimizi artırmalıyıq”
“Müharibədən sonra sülh müqaviləsinin bağlanması lazım olacaq. Şərtlər arasında rusların Ukrayna ərazisindən çıxarılması, təcavüzkarın ölkənin bərpasına maliyyə töhfəsi, habelə hərbi cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılması var”.
AYNA xəbər verir ki, bu sözləri Fransa mediasına açıqlamasında Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.
Onun sözlərinə görə, müharibə uzun müddət davam edə bilər və Rusiya Prezidenti Vladimir Putin könüllü şəkildə təslim olmayacaq.
"Biz Ukraynanın əhəmiyyətli hərbi və iqtisadi ehtiyaclarını ödəməklə ona dəstəyimizi artırmalıyıq. Çünki heç bir illüziyaya qapılmamalıyıq. Putin könüllü şəkildə təslim olmayacaq", - diplomat bildirib.
Bununla yanaşı, Borrell hərbi münaqişənin dayandırılması üçün şərtləri yalnız Ukrayna və ukraynalıların müəyyən etməli olduğunu vurğulayıb: “Müharibə bitməzsə, ona son qoymaq ümidi döyüş meydanında doğulur”.
Xatırladaq ki, Borrell Rusiyanın genişmiqyaslı işğalına başlamazdan bir neçə ay əvvəl Avropa İttifaqının Ukrayna Silahlı Qüvvələrinin təliminə başlamaq fürsətinin bir il əvvəl əldən verməsindən təəssüfləndiyini bildirmişdi.