Fransa prezidenti Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb. Bakupost.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb. “Finlandiya və İsveçin bu suveren hüququ onların təhlükəsizliyini gücləndirəcək. İki tərəfdaş ölkənin imkanlarını nəzərə alaraq bu, Avropada təhlükəsizliyimizə əhəmiyyətli töhfə verəcək”, - deyə məlumatda bildirilib.