Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəzi rusiyalı sənətçilərin Ukraynadakı hərbi əməliyyatlara görə ölkəni tərk etdikdən sonra qəbuledilməz bəyanatlarla “reputasiyalarını ləkələdiklərini” bildirib.
Kreml sözçüsünə görə, “ədəbsiz və hamı üçün qəbuledilməz” bəyanatlar verənlər, qalan rusları da yoldan çıxıblar.
Peskov “belə yolunu azanlar” arasında Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxan yumorist Maksim Qalkinin də adını çəkib.
Maraqlıdır ki, Peskov Qalkinin həyat yoldaşı, müğənni Alla Puqaçovadan bircə dənə də olsun dövlət əleyhinə ifadə eşitmədiyini bildirib. Amma Allanın əri Maksim... “bəli, o, bizimlə eyni yolda deyil, o çox pis ifadələr işlədib. Amma ona qarşı da indiyə qədər səlahiyyətli orqanlarımızdan heç bir reaksiya görməmişəm, lakin bəyanatlarında o, hamımızla düşmənçilik edir”.
Peskov, həmçinin prezident Vladimir Putinin Puqaçova ilə bağlı “tamamilə normal” olduğunu bildirib.
Kreml sözçüsü onu da xatırladıb ki, onlar bir-birlərini tanıyırlar və bir neçə dəfə görüşüblər. mənbə:TASS