"Nəhayət ki, Gömrükdə "kütləvi kadr islahatlarından" ümidlənərək, yerli ticarət şirkətlərindən biri bizim marka ilə əla növ unu Azərbaycana idxal edib Biləcəridəki çörəkbişirmə sexlərindən birinə təhvil verdi... Bilmirəm hansı mağazalarda, ancaq sabah Biləcərinin bəzi dükanlarında keyfiyyətli undan bişirilmiş çörək satılacaq... " Teref.az yazır ki, bunu keşmiş deputat, iş adamı Nazim Baydəmirli deyir. Daha sonra iş adamı deyir: İstehsalçı da, topdan alıcı da, çörəkbişirən də əməli saleh, halal biznes adamlarıdırlar, monopolistlərə aidiyyatımız yoxdur.... "Gələn həftə bütün xərcləri, ödənişləri də açıqlayacam, ona görə ki, hökumət imkan versə bir kisəsi 35 manata keyfiyyətli un hər kəs idxal edə bilər... Real sahibkarlığa eşq olsun, monopoliyaya lənət olsun!" Teref.az