Dünya Bankı Ukraynanın iqtisadi proqnozunu pisləşdirib
Dünya Bankı 2025-ci ildə Ukraynanın iqtisadi artımının 2,0 faiz azalacağını proqnozlaşdırır.

İndex.az xəbər verir ki, proqnoz müharibənin bütün ilboyu davam edəcəyi ehtimalına əsaslanır.

Ötən ilin iyununda Dünya Bankı 2025-2026-cı illərdə Ukraynada ÜDM-in ildə orta hesabla 5,8 faiz artım tempini proqnozlaşdırmışdı, “bir şərtlə ki, aktiv hərbi əməliyyatlar 2024-cü il ərzində davam etsin və bundan sonra mülayim xarakter alsın”.

Dünya Bankı hazırda Ukraynanın artımının 2024-cü ildə 3,2 faizə endiyini təxmin edir ki, bu da ticarət və sənaye istehsalına mane olan enerji tutumunun azalması və qışda elektrik enerjisinin kəsilməsi kimi problemləri əks etdirir. Bu maneələrə və infrastruktura qarşı davam edən hücumlara baxmayaraq, iqtisadiyyat artım nümayiş etdirdi.

“İlboyu aktiv döyüşlərin davam edəcəyini fərz etsək, Ukraynanın artımının 2025-ci ildə 2 faizə qədər yavaşlaması proqnozlaşdırılır. 2026-cı ildə istehlaka və yenidənqurmaya sərmayə qoyuluşu ilə dəstəklənən aktiv hərbi əməliyyatlara son qoyulması şərti ilə 7 faizlik sürətli bərpa prosesi gözlənilir”, – deyə icmalda qeyd olunur.

Dünya Bankının məlumatına görə, münaqişə son bir ildə Ukrayna əhalisinin 41 faizinə birbaşa təsir edib. Müdafiə xərcləri 2023-cü ildə ÜDM-in təxminən üçdəbirini təşkil edib.

BVF, öz növbəsində, Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilin sonunda başa çatacağı əsas ssenarisini yeniləyib. Bu ssenari Ukrayna iqtisadiyyatının 2025-ci ildə 2,5-3,5 faiz artacağını, 2026-cı ildə isə artımın 5,3 faizə qədər sürətlənəcəyini nəzərdə tutur.

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 Şəkərin qiyməti 4 ilin ən aşağı səviyyəsinə düşdü
22 Yanvar 2025 ABŞ-ın BMT-yə 2,8 milyard dollar borcu yığılıb
21 Yanvar 2025 Rusiya Türkmənistanı Çinin qaz bazarından çıxarır
21 Yanvar 2025 Tramp çıxışında kriptovalyutalardan danışmadı: "Bitkoin"in qiyməti endi
20 Yanvar 2025 Bəzi ərzaq məhsulları ucuzlaşa bilər
20 Yanvar 2025 ASCO ötən il gəmilərlə daşınan yüklərin həcmini açıqlayıb
20 Yanvar 2025 “BRAVO” müştəriləri belə aldadır-Qərar qəbul olunaraq cərimələndi
19 Yanvar 2025 Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
18 Yanvar 2025 Aqrar sektor 1,5% böyüyüb
18 Yanvar 2025 Ötən il əhalimizin gəlirləri 83 milyard manatı keçib
17 Yanvar 2025 Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər – Son rəqəmlər
17 Yanvar 2025 Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirildi
16 Yanvar 2025 Dünya Bankı Pakistan üçün 20 milyard dollarlıq maliyyələşdirmə planını açıqlayıb
16 Yanvar 2025 UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
15 Yanvar 2025 “Landmark” niyə 120 milyona satılır? – RƏSMİ AÇIQLAMA
14 Yanvar 2025 Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər
14 Yanvar 2025 Bitcoin iki ayın ən aşağı səviyyəsinə düşdü: Kriptovalyuta bazarında geriləmə
14 Yanvar 2025 “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
13 Yanvar 2025 Daha bir şirkət ölkədən pul çıxarıb
13 Yanvar 2025 Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM

Dünyapress TV

Xəbər lenti