Yaponiyada istehlak qiymətləri fevral ayının nəticələrinə görə bir ay əvvəl, yanvarla müqayisədə 4,3% artdıqdan sonra illik müqayisədə 3,3% çoxalıb.
Bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin statistika agentliyindən verilən açıqlamada deyilir.
Fevralda inflyasiya yanvarda 0,5% artdıqdan sonra 0,6% azalıb.
Ölkədə tez xarab olan ərzaq məhsullarının maya dəyəri nəzərə alınmayan baza istehlak qiymətləri bir ay əvvəl 4,2% artdıqdan sonra fevralda 3,1% bahalaşıb. Bu da DailyFX portalı tərəfindən sorğu edilən analitiklərin proqnozu ilə üst-üstə düşüb.