Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.
Sports.az xəbər verir ki, pley-off mərhələsinin cavab matçlarından sonra qrupda mübarizə aparacaq 32 komanda müəyyənləşib.
Bununla da Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın bütün potensial rəqiblərinin adına aydınlıq gəlib.
Püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.
Bu gün İstanbulda baş tutacaq püşkatma mərasiminə Bakı vaxtı ilə 15:00-da start veriləcək.
1-ci səbət Roma (İtaliya) Mançester Yunayted (İngiltərə) Arsenal (İngiltərə) Latsio (İtaliya) Braqa (Portuqaliya) Srvena Zvezda (Belçika) Dinamo (Kiyev, Ukrayna) Olimpiakos (Yunanıstan)
2-ci səbət Feyenoord (Niderland) Renn (Fransa) PSV (Niderland) Monako (Fransa) Real Sosyedad (İspaniya) Qarabağ (Azərbaycan) Malmö (İsveç) Ludoqorets (Bolqarıstan)
3-cü səbət Şerif (Moldova) Betis (İspaniya) Midtyulland (Danimarka) Bodo Qlimt (Norveç) Ferentsvaroş (Macarıstan) Union Berlin (Almaniya) Frayburq (Almaniya) Fənərbaxça (Türkiyə)