İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin rəhbərliyi barədə maraqlı iddia irəli sürüb.
Mia.az xəbər verir ki, o, bu barədə sosoal media hesabında yazıb.
İSBAM sədri Agentliyi "Heydər Əliyev ili" ilə bağlı saxta layihə həyata keçirməkdə ittiham edib: “Hazırda bır sualla QHT Agentliyinə, Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam: “Ötən il “Şuşa ili ” münasibətilə nəzərdə tutulmuş “Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihənin taleyi necə olub?"
Bilirəm, bu suala heç bırınız cavab verə bilməyəcəksiniz. Odur ki , bu məsələ ilə bağlı qısa məlumatı ictimaiyyətə açıqlayıram.
“Heydər Əliyevin Şuşa sevgisi ” adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək, saxta hesabatla ayrılan vəsait mənimsənilib.
Belə bır tədbirlə bağlı KİV də heç bır məlumat yoxdur.
Qeyd edım kı, mövzu QHT Agentliyinin öz layihəsi olub.
Burada hansı formada saxtakarlıqlar həyata keçirildiyini faktlarla sübut edəcəm. Müvafiq dövlət qurumlarını məsələni ciddi araşdırmağa çağırıram”.
İddia ilə bağlı Agentliyin adıçəkilən şəxslərinin mcvqeyini gözləyirik.