Əməkdaşlar həftədə azı 40 saat ofisdə olmalıdırlar
Dünyanın ən zəngin şəxsi və "Twitter" şirkətinin yeni sahibi İlon Mask əməkdaşlara evdən işləməyin qadağan olunduğunu bildirib.
AYNA xəbər verir ki, bu barədə İ.Maskın şirkətin əməkdaşlarına ünvanladığı məktubda deyilir.
Məktubda qeyd olunur ki, əməkdaşlar həftədə azı 40 saat ofisdə olmalıdırlar. Evdən işləməyə yalnız müstəsna hallarda və yalnız İ.Maskın razılığı ilə icazə veriləcək.
Qeyd edək ki, İlon Mask oktyabrın sonunda "Twitter"in 44 milyard dollara satın alınmasını tamamlamışdı. İş adamı şirkətin idarə heyətinin buraxılacağını və əməkdaşların ştat tərkibinin iki dəfə azaltmağı planlaşdırdığını bildirib.