Keyfiyyətsiz dərmanlarla apteklri doldurublar....
"Azərbaycan bazarının 90-95 faizi xaricdən gələn dərmanlardan asılıdır. Hamı, o cümlədən deputatlar, məmurlar dərmanların qiymətinin yüksək, keyfiyyətinin isə aşağı olması barədə fikir bildirir. Amma səbəbləri başqadır".

TEREF.AZ xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında dərmanların qiymət və keyfiyyətindən danışarkən iqtisadçı Natiq Cəfərli deyib.

Ekspertin qənaətincə, Tarif Şurasının əvəzinə ölkədə güclü rəqabət mühiti yaradılmalıdır, qiymətləri rəqabət təyin etməlidir:

"Dərman preparatlarının qiymətini molekullar üzrə Tarif Şurası müəyyənləşdirir. Eyni molekulun istehsalçısı olan bir neçə ölkə var. Ən ucuz və keyfiyyətsiz molekuldan hazırlanmış dərmanların ölkəyə gətirilməsinə şərait yaranır. Səbəb isə Tarif Şurasının məsələyə müdaxiləsidir. Digər problem isə gömrük rüsumları ilə əlaqəlidir. Ölkədə dərman istehsalı yoxdursa, yüksək gömrük rüsumu, vergi dərəcələri tətbiq etmək yanlışdır. Bu gün ölkədə satılan dərmanların qiymətinin tərkibində ən azı 30 faizi vergilər və rüsumlardır. Nəticə etibarilə qiymətlər yüksək, keyfiyyət isə aşağıdır".

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərmanların keyfiyyətindən və qiymətindən narazılığını bildirib. Parlamentari komitənin iclasında deyib ki, dərmanların əlçatanlığı və keyfiyyəti ilə bağlı xeyli problemlər mövcuddur. Payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti ilə bağlı dinləmə keçirilməsini təklif edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti