Müasir günümüzdə əksər cavanlar siqaret çəkərək aclıq hissini aradan qaldırmağa çalışırlar (veypinq). Onlar hətta acqarına siqaret çəkməyin zərərsiz olduğunu söyləyirlər. Lakin aclığı siqaret çəkərək aradan qaldırmağın ağciyərlərə vurduğu zərərin onları ölümə yaxınlaşdırdığını bilmirlər.
Harvard Universitetinin mütəxəssisləri siqaretə qatılan aramatizatorların 75%-nin kimyəvi tərekibində toksiki maddələr olduğunu sübut etmişlər. Onların araşdırmaları bu aramatizatorların tərkibində diasetil olduğunu sübut etmişdir. Diasetil yağı əvəz edən kimyəvi maddədir. Bu maddə isə respirator xəstəliklərin əmələ gəlməsinə və bronxların tutulmasına səbəb olur. Düzdür diasetildən qida sənayesində də istifadə edilir. Amma, mütəxəssislər onun uzun müddət istifadə edildiyi zaman zərərli olduğunu qeyd edirlər. Bronxların tutulması ciddi xəstəliklərə səbəb olur. Bu patoloji prosesi geri qaytarmaq mümkün olmur. Diasetil siqaret vasitəsilə bronxlara daxil olduqda bronxlarda hava torbalarına bənzər xırda hissəciklər əmələ gətirir və ağciyərlərin funksiyasını pozur.
Bu zaman siqaret çəkənlərdə aşağıdakı əlamətlər meydana çıxır: öskürmə xırıltılı nəfəsalma titrətmə-üşütmə gecə tərləmələri çəkinin azalması Mütəxəssislər bu xəstəliyin baş verməməsi üçün uzun müddət ac qarına siqaret çəkməyi və ya aclıq hissinin siqaret vasitəsilə aradan qaldırmağı məsləhət bilmir.