Laçında Xocalı canisi azərbaycanlı hərbçilərlə birgə?
Ortaq monitorinq olubmu, olubsa, hansı zərurətdən doğub - 3 rəy
İki gün öncə Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər. Bu barədə erməni mediası Qarabağ separatçılarına istinadən xəbər yayıb.

Məlumata görə, onları Qarabağın qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan müşayiət edib. “Aravot” qəzeti yazıb ki, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Eyni mənbə bildirir ki, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisi ilə də tanış olub.

Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin qrupuna daxildir. O, 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamında iştirak edib. O zaman sual yaranır: azərbaycanlı hərbçilər gerçəkdənmi Xocalı canisi ilə birgə monitorinq aparıblar, yoxsa hələlik bu ermənidən cari maraqlarımız üçün istifadə qərarı verilib? Belə bir monitorinq hansı zərurətdən doğub?

Bəzi bilgilərə görə, Balasanyan separatçı rejimin rəhbərliyi ilə yola getmir, onların arasında ciddi fikir ayrılığı yaşanır. Bunu da qeyd edək ki, Azərbaycan tərəfi birgə yoxlama haqda rəsmi informasiya yaymayıb. Dəqiq olan budur ki, ermənilərə Laçın şəhəri və Zabuxu boşaltmaq üçün avqustun 25-dək vaxt verilib.

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, qondarma qurum tərəfindən verilən açıqlamalara reaksiya verilməməlidir: “Biz o qurumu münaqişədə tərəf kimi tanımırıq. Belə monitorinq keçirilibsə, bunu doğru hesab etmirəm. Azərbaycan problemin həllində, o cümlədən Laçının boşaldılması, Qarabağdan erməni separatçılarının çıxarılmasında tərəf kimi Ermənistan və Rusiyanı tanıyır. Odur ki, Vitali Balasanyanın özünü vacib fiqur kimi təqdim etməsi məqsədilə yayılan bu məlumatın doğru ola biləcəyini ehtimal etmirəm”.

Millət vəkili Hikmət Babaoğlunun fikrincə, azərbaycanlı hərbçilərin Laçın və Zabuxda ermənilərlə birlikdə monitorinq aparması mümkündür: “Bu, situativ zərurətdir. Ermənilər üçtərəfli bəyannamənin tələblərinə uyğun olaraq Laçın şəhəri və ətraf kəndləri alternativ yol hazır olan kimi tərk etməli idilər. Biz 10 noyabr 2020-ci il bəyannaməsinin Kəlbəcər və Ağdamla bağlı hissəsinin icrası zamanı erməni barbarlığı və mina terrorunun şahidi olmuşuq. Onda Azərbaycanın humanist addımlarına ermənilər terrorla cavab verdilər. Hələ də mina terrorundan əziyyət çəkirik. Günahsız insanlarımız ermənilərin xaotik olaraq basdırdıqları minaların qurbanlarına çevrilirlər. Ona görə də eyni vəziyyətin Laçında da təkrar olunmasına yol verə bilməzdik. Evlərimizin təkrar-təkrar yandırılması, ərazilərimizin minalanması yolverilməzdir. Bunların baş verməməsi üçün indiki şərtlər daxilində mümkün olanı etmək lazımdır. Çox güman hərbçilərimiz bunu ediblər”.

Millət vəkili deyir ki, Azərbaycanın cinayətkarların cəzalandırılması ilə bağlı mövqeyi birmənalıdır: “Belə bir hadisənin olub-olmamasını biz yalnız rəsmi qurumlarımızın açıqlamalarından öyrənə biləcəyik. Ancaq indiki vəziyyətdə belə məsələlər haqqında informasiyaların rəsmi qurumlar tərəfindən ictimailəşdirilməsinin maraqlarımıza uyğun olub-olmaması da yenə onların verəcəyi bir qərardır. Ancaq bir məsələ hamımız üçün çox aydın və prinsipialdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki , Azərbaycan qanunlarını pozan, xalqımıza qarşı cinayət törədən hər bir cinayətkar, separatist, yaxud terrorçu yerli hüquqi imkanlarımız və beynəlxalq hüquq çərçivəsində mütləq cəzalandırılmalıdır. Vitali Balasanyan da Azərbaycana qarşı hərbi cinayət törətmiş, terrorizmin ən qəddar formalarını dinc əhalimizə qarşı tətbiq etmiş canilərdən biridir. Ona görə də hazırda onun necə davranması, yaxud harada hansı statusla iştirak etməsi heç nəyi dəyişmir. Azərbaycan xalqa qarşı cinayət törədənlərin hər birini mütləq şəkildə cəzalandırmaq məsələsində prinsipial və dəyişməz mövqeyə sahibdir”.

Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli qeyd edib ki, terrorçu olmasa da, Vitali Balasanyan Birinci Qarabağ müharibəsində savaşmasa belə, indiki qondarma “Artsax” terror təşkilatının “rəsmisidir”, buna görə də onun Azərbaycanın generalları ilə bir araya gəlmə ehtimalı inandırıcı görünmür: “Belə bir monitorinqin baş tutması dövlətimiz üçün mənfi hal hesab oluna bilər. Ümid edirəm ki, bu baş verməyib. O zaman belə çıxır ki, sabah Araik Arutyunyanla yüksək statuslu dövlət rəsmisi monitorinq aparacaq? Bu, qəbuledilməzdir. Ələlxüsus da Xocalı faciəsində əli qana batan, Azərbaycan prokurorluğunun ittiham etdiyi terrorçunun, caninin Azərbaycan hərbçiləri ilə birgə monitorinq aparması orduya utanc gətirə bilər. Laçın, Zabux boşaldılsa belə, bu, doğru deyil. Rus sülhməramlıları ilə monitorinq aparılsın. Əlisilahlı erməni hərbçi qalmamasını tələb etdiyimiz bir zamanda generallarımız onlarla birgə necə monitorinq apara bilər? Türkiyə Suriyada Rusiya ilə birgə monitorinq aparır. Ümid edirik, qısa zamanda bu xəbərlə bağlı açıqlama, yaxud təkzib olar”.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı

Dünyapress TV

Xəbər lenti