"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı".
Bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra mümkün olub.
“Bu (sülhməramlıların geri çəkilməsi – red.) Ermənistanın 1991-ci ildə Azərbaycanın sərhədlərini tanımasından sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur”, - deyə Kreml nümayəndəsi izah edib: “Orada geosiyasi reallıqlar dəyişib və sülhməramlılar üçün artıq funksiya qalmayıb".