Azərbaycan İrana qarşı müharibəyə başlaya bilərmi?
Bəzi dostlarımız iddia edir ki, İsrail ABŞ-la əl-ələ verib Azərbaycanla İran arasında müharibə törətmək istəyir. Mən bu ehtimalı ciddi qəbul etmirəm. İlham Əliyev az qala 20 ildir ki, prezidentdir. Siyasi prosesləri, xüsusən beynəlxalq siyasətin cikinə-bikinə bələd olan adamdır. O, yaşının bu çağında bu boyda səhvə yol verə bilməz...
Kimsə deyə bilər ki, Putin də siyasətdə bişmiş adam idi. Ancaq Ukrayna məsələsində ciddi xətaya yol verdi. Putin düşünrdü ki, Qərb Ukrayna məsələsində parçalanacaq. Xüsusən, Almaniya və Fransa ABŞ-a tabe olmayacaq. Ancaq belə olmadı...
Putinin səhvi Rusiyanı bitirdi. İlham Əliyev də belə bir səhv etsə, Azərbaycanı bitirər. Lakin mən İlham Əliyevin hansısa dövlətlərin təhriki ilə İrana qarşı müharibəyə başlayacağına qətiyyən inanmıram...
Hə, nəzəri baxımdan Azərbaycan İrana qarşı müharibəyə başlaya bilər. Bunun üçün öncə ABŞ və İsrail, bütövlükdə NATO İranı şumlamalıdır. Ən əsası isə Türkiyə bu alyansda rəsmən yer almalıdır. Yəni İran məğlubiyyətin astanasında olanda Türkiyə ilə razılıq əsasında Azərbaycan “mən də varam”, deyibən müharibəyə qoşula bilər. Əslində qoşulmalıdır da. Çünki Güney Azərbaycanın maraqlarını əldə silahla qorumaq lazım gələcək...
Ancaq mən İrana qarşı müharibə düşüncəsi ilə beynəlxalq alyansın yaranacağına inanmıram. İranı nöqtə zərbələr endiməklə tərk-silah edəcəklər. İranın daxilində baş verən ixtisaslar molla rejimini bitirə bilər. Bunun fərqində olan Qərb İrandakı bu inqilabi prosesə dəstək verməklə daha az itki ilə bu savaşdan qalib çıxmağa çalışacaq...
Elbəyi Həsənli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti