"Vardanyan kimi Moskva agentləri aranı qarışdırmağa çalışırlar" - ŞƏRH
“Əgər bölgədə yeni təhlükə, yeni qarşıdurma yaranmasını istəmirlərsə, Azərbaycanın təklifləri qəbul olunmalıdır”.

Bu sözləri Ruben Vardanyanın Qarabağda yaratdığı hərəkatlar və Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycan ərazisinə qanunsuz daxil olan Vardanyana qarşı rəsmi Bakı hər şey edə bilər:

“Vardanyan və digər “yan”lar qüvvələrini birləşdiriblər ki, Qarabağın inkişafı və probleminin həlli üçün fond yaratsınlar. Vardanyan dələduzun biridir. Ona görə də, inanmıram ki, onun etdiyi cəhdlər hansısa nəticə versin. Əgər bölgədə yeni təhlükə, yeni qarşıdurma yaranmasını istəmirlərsə, Azərbaycanın təklifləri qəbul olunmalıdır. Üstəlik, Ermənistan tərəfi Azərbaycanın sülh sazişi ilə bağlı 5 təklifini qəbul edib. Sülh danışıqları gedir və sülh müqaviləsinin layihəsi hazırlanır. Vardanyan kimi Moskvanın digər agentləri aranı qarışdırmağa çalışırlar. Bu da baş tutmayacaq.

Vardanyan Azərbaycanın suveren ərazisinə qeyri-qanuni daxil olub. Azərbaycan həmin adamı həbs eDə, hərəkətlərini azaltmaq üçün lazım olan digər tədbirləri həyata keçirə bilər”.

Səxavət Məmməd
 

Dünyapress TV

Xəbər lenti