Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutuldu
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
 
 
 

Dünyapress TV

Xəbər lenti