Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupu Oman körfəzinə yerləşdirilib
Amerikanın “Planet Labs” şirkətinin peyk məlumatlarına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupu Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İran sahillərində Oman körfəzinə yerləşdirilib.
AYNA-nın xarici mediaya istinadən məlumatına görə, regionda yerləşən nüvə enerjisi ilə işləyən təyyarədaşıyan “USS Theodore Roosevelt”ə keçən həftənin sonunda “USS Abraham Linkoln” qoşulub.
Pentaqonun məlumatına görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailə dəstək məqsədilə Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupunun mövcudluğu barədə göstəriş verib.
Pentaqonun press-relizində deyilir: "Nazir İsrailə dəstək üçün bölgədə iki aviadaşıyıcı zərbə qrupunun mövcudluğunu davam etdirməyi əmr etdi".
Qeyd edilib ki, Ostin bu qərarını bazar günü israilli həmkarı Yoav Qalantla telefon danışığında açıqlayıb.