Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
"Report"un əldə etdiyi görüntülərə əsasən, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
Qarabağdan çıxan Rusiya sülhməramlıların texnikası Sitalçay dəmiryol stansiyasından yola salınıb. "AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edək ki, bir müddətdir ki, qarşılıqlı razılaşma əsasında Rusiya sülhməramlıları Qarabağda müvəqqəti yerləşdiyi dislokasiya mərkəzlərini tərk etməyə başlayıblar. Kremlin açıqladığı məlumata görə, proses sentyabr ayının sonuna qədər tam başa çatacaq.