İcarədarlar: “Sumqayıt” Ticarət Mərkəzində bizdən məcburi pul yığırlar”
Şikayətçilər Nizami İsgəndərovun onları ticarət mərkəzdən qovmaqla hədələdiyini deyilər

Bir qrup icarədar “Sumqayıt” Ticarət Mərkəzinin (Keçmiş Univermaq) sahibi, sabiq millət vəkili Nizami İsgəndərovdan narazılıq edir.

Şikayətçilər Meydan TV-yə deyiblər ki, Nizami İsgəndərov onlardan Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə məcburi pul yığır.

Adlarının açıqlanmasından ehtiyat edən icarədarlar bildirirlər ki, sahibkar ticarət mərkəzində yerləşən qızıl-zinət əşyaları mağazalarının icarədarlarının hərəsindən 100, dərzi və parça satışı ilə məşğul olanlardan 30, digər mağaza sahiblərindən isə 50 manat toplayıb.

“Sumqayıtda qızıl və qızıl məmulatları satan mağazalar ancaq “Sumqayıt” Ticarət Mərkəzində yerləşir. Görün, hərədən 100 manat toplayanda nə qədər pul edir. Hətta ticarət mərkəzini təmizləyən xadimələrdən də hərəsindən 10 manat pul alıb. Burada təxminən 250-300 arasında dükan var. Hamısından məcburi pullar toplanır. Bəlkə, birinin imkanı yoxdur, yaxud da özü könüllü yardım edəcək? Pul verməyənləri də mağazadan çıxarmaqla hədələyir. Çünki bilir ki, mağazanı itirməmək üçün istədiyi məbləği verəcəyik”,- şikayətçilərdən biri deyir.

Adlarını açıqlamaqdan ehtiyat edən icarədarların sözlərinə görə, uzun illərdir ki, bu ticarət mərkəzində mağaza kirayələyiblər. Alıcıların hamısı da onları bu ünvanda bilir.

“Bizim burada 1988-ci ildən dükanımız var. Mağazadan çıxsaq, çoxlu müştəri itirə bilərik. Nizami İsgəndərov da bunu yaxşı bilir və bizi buradan çıxarmaqla hədələyir. Deyir ki, pulu verməsəniz, sizi çıxararam. Çıxardığı adamlar da az deyil”, – icarədar deyir.

Şikayətçilər deyirlər ki, ticarət mərkəzində icarədarların mağazalarından kənar işləyən kondisionerlərin aylıq elektrik sərfiyyatını da onlar ödəyir: “Bu adam ağılasığmaz hərəkətlər edir. Dəhlizlərdə olan kondisonerlərin pulunu da yerpuluna daxil edib. Hər ay işıqpulunu da bizdən yığır. Sığortapulu yığırlar, heç qəbz də vermirlər. Mağazanın doğrudan sığortalandığına şübhə edirik. Elə bir şərait yaradıblar ki, burada heç kim dillənə, səsini çıxara bilmir. İcarədarlar etiraz edə bilmirlər. Burada kimsə bir kəlmə söz desə, çıxarır. Sonra da yer tapmaq problem olur”.

“Ticarət mərkəzində yanğın olanda hamıdan pul yığılmışdı. 44 günlük müharibədə də pul yığılmışdı. Çörək qazandığımız yer olsa da, çox haqsızlıqlarla üzləşirik. Pandemiya vaxtı icarədarlardan yerpulu tələb edirdi. Deputatlığa namizədliyini verəndə hamıdan ən azı 15 səs istəmişdi. Məcburi səs vermək üçün məntəqələrə göndərirdi. Bu adam açıq-aşkar hərəkət edir. Heç kimdən də qorxub çəkinmir”, – şikayətçi deyir.

“Sumqayıt” Ticarət Mərkəzinin maliyyə şöbəsindən Meydan TV-yə bildirilib ki, şikayətlər əsassızdır: “Pul toplama kampaniyası könüllüdür, kim nə qədər istəyib, o qədər də pul verib. Kondisonerlərin elektrik enerjisi puluna gəlincə, icarədarlara təqdim etdiyimiz müqavilədə əlavə var ki, kommunal xərclər də daxil olmaqla, yerpulu müəyyənləşdirilir”.

Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-2010-cu illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olub. Bir müddət öncə büdcə təşkilatlarında çalışanlar yerli icra hakimiyyətlərindən Türkiyədəki zəlzələyə yardımın məcburi olması ilə əlaqədar narazılıq edirdilər.
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti