Aqrar Xidmətlər Agentliyində TƏFTİŞ QORXUSU
Kənd Təsərrüfatı Nazirliyinə tabe qurumlarda qabaqlayıcı tədbirlər görülməsi məqsədilə əvvəlki illəri əhatə edən sənədlərə diqqət yetirilir, bəzilərinin isə yenidən yığılma prosesinə başlanılıb.
DİA.AZ bildirir ki, Faktinfo.az saytının əldə etdiyi məlumatda bildirilir ki, buna hazırda Hesablama Palatasının Fevral ayının 1-dən Aqrar Xidmətlər Agentliyində aparılan yoxlamasından sonra qərar verilib. Çünki, nazirlikdə digər tabe qurumlarda da mümkün kompleks yoxlamaların aparılacağına dair müəyyən qənaət yaranıb. Məsələn, KTN-nin Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi 2021-ci ildə analiz olunmuş bəzi torpaq və toxum nümunələrinin sənədlərini (müqavilə və ödəniş qəbzlərini) 2023-cü ilin yanvar ayından tələb etməyə başlayıb. Maraq doğuran nüans da odur ki, əgər iş görülmüşdürsə, ərizələr, müqavilə sənədləri və qəbzlər 2 il sonra niyə yığılıb. Bu o səbəblə edilib ki, vətəndaşlar müraciət ediblərmiş ki,onların torpaqlarını analiz edilsin. AXA-da bu prosesi rayonlarda həyata keçirib, müəyyən müqavilə və ödəniş qəbzlərini almayıbmış.

Həmçinin bildirilir ki,son illər kənd təsərrüfatı kadırlarının qeyri-ixtisas sahibləri ilə əvəzlənməsi Kənd Təsərrüfatı naziri və komandasının haqqında müəyyən "mülahizələrin" səslənməsinə də gətirib çıxarıb.Bu mənada vurğulanır ki,dünyanın heç bir ölkəsində səpindən sonra torpaq analizi aparılmır.Amma AXA bu sahədə "yenilik" edib.Taxılın kollanma və boru fazasında torpaq nümunələri götürüb,analizlər aparıb.

Eləcə də, Dövlət Sort Sınaq məntəqələrinin subsidiyaları elə sınaq məntəqələrinin hesabına köçürülməli halda, bu əməliyyatlarda da müəyyən müəmma ortaya çıxdığı və sonradan vəsaitlərin sınaq məntəqələrinin hesabına geri qaytarıldığı qeyd edilir. Bütün bu məsələlərin yoxlamanın başlamasına az müddət qalmış edildiyi vurğulanır.

Ərizələrin alınmasının, müqavilə və ödəniş qəbzlərinin nədən indi tələb edilməsinin təxmin edildiyi məlumatlarda o da bildirilir ki, bir çox Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM), KTN-nin əvvəlcədən daxili təftişi aparılıb, vəziyyətin nə yerdə olduğu müəyyənləşdirilib. Daxili təftiş DAİM-lər tərəfindən aparılan suni mayalanmanı, subsidiyalaşmanı, əlavə kartların olub-olmamasını, Aqrar İnkişaf Mərkəzləri rəhbərləri tərəfindən yaxın çevrələrinin adına yaradılmış "toxumçuluq təsərrüfatlarına" vəsaitlərin ayrılıb-ayrılmamasını və yaxud bu təsərrüfatların ləğv edilib-edilmədiyinin müəyyənləşdirilməsini və digər məsələləri əhatə edib. Hətta, daxili təftişdən sonra vəziyyətin heç də ürək açan olmadığı öyrənilib, bir sıra DAİM rəhbərlərinin sakitcə vəzifədən kənarlaşdırılması qərarı da alınıb.
Qeyd edək ki, bir ay əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev öz istəyi ilə vəzifəsindən azad edilib, vəzifənin müvəqqəti icrası sədr müavini Cəfər Məhərrəmova həvalə edilib. Cəfər Məhərrəmovun Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovun qohumu olduğu bildirilir.

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti