Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-də narazılıqlar yaşandığı barədə xəbər vermişdik. Kənd Təsərrüfatı nazirliyinə tabe bu qrumun regional nümayəndəliklərində və rayon bölmələrində mənimsəmə faktalarının aşkarlanıb gizli saxlanıldığı,bir sıra kənd təsərrüfatı mütəxəssislərinin işdən çıxarılmasının narazılıqlara səbəb olmasını yazmışdıq.(Məlum yazının linki :https://www.faktinfo.az/news/aqroservis-asc-de-naraziliqlar-yasanir-regional-idarenin-reisine-tohmet-verilib) Bu barədə əlavə məlumat verəcəyimizi bildirmişdik.
TEREF.AZ yazır ki, Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki, "Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun qrumun Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyevi vəzifəsindən kənarlaşdırmaq üçün etdiyi ikinci cəhd uğursuz alınıb. Elmin Rəhimovla Azər Əliyev arasında yaranmış ziddiyyət biraz da dərinləşib.Belə ki,Azər Əliyevə bir neçə ay bundan əvvəl verilmiş töhmətdən sonra,ikinci dəfə şiddətli töhmət verilib.
Qeyd edək KTN-yə tabe qrumlardan olunan şikayətlərin sayı-hesabı yoxdur.Prezident Administrasiyasına ünvanlanan şikayətlərin təkirar-təkirar edilməsi halları daha çoxdur.