Yerüstü Nəqliyyat Agentliyinin yeraltı gəlirləri... -
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir. Mütəxəsislər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Ötən ilin fevralında paytaxtın Heydər Əliyev prospektində baş vermiş hadisəni cumhuriyyet.az olaraq yada salıb bildirək ki, həmin vaxt Bakıda “R Group” logistika şirkətinə məxsus 4 yük maşını yolu bağlamışdı. Sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirdilər.Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu,hər bir icazə sənədinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2500-2600 dollara verildiyini iddia edirdilər.Anar Rzayevin adamları yük maşınlarının hər reysi üçün birdəfəlik vərəqəyə görə rüsumun üstündə 20-30 manat əlavə də tələb edirlərmiş.
Sonuncu dəfə bu səbəbdən “R Group” şirkətinin rəhbərliyi,sürücülər xidmət rəisinin pulyığanları ilə mübahisə edib,ardından isə sürücülərin məlum etiraz aksiyası keçirilmişdir.TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olmuş və böyük tıxac yaranmışdı. Həmin dövrdə Anar Rzayevin özünün də qardaşının adına qeydiyyatdan keçirdiyi beynəlxalq yükdaşıma şirkəti olub.Lakin sürücülərin etiraz aksiyasından sonra Rəhman Hümmətovun davamlı təkidi nəticəsində bu şirkəti bağlayıb. Həmin şirkətə məxsus yük avtomobilləri nazirliyin müxtəlif qurumlarının balansına verilib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda da həmin TIR-lardan istifadə olunaraq gəlir əldə edilir,gəlirin çox hissəsi isə Anar Rzayev-Rəhman Hümmətov cütlüyünün ciblərini doldurur. Bundan başqa,Anar Rzayevin Xırdalanda böyük qarajı da var.İllərlə bu qarajı ayı 20-30 min manat civarında olmaqla “Vanderval” adlı şirkətə icarəyə verib.Bu obyekti də əmisi oğlu Şahin idarə edir. Anar Rzayev adının hallanmasını görərək vəziyyətdən çıxmaq üçün Rəhman müəllimə deyib ki,bu etirazın arxasında keçmiş əməkdaşlar dayanır,onu gözdən salmaq istəyirlər.Həmçinin cənab nazirə də daim qeyri-dəqiq informasiyalar ötürüb,yalanlar danışıblar.
Anar Rzayev bacısının qaynını işə düzəldərək bir müddətdən sonra onu irəli çəkməyə başlayıb.Məhz yuxarıda bəhs olunan yükdaşımaya icazə vərəqələri də Anarın Zaur Ramazanov adlı bu qohumunun əlindən gəlib keçirmiş.Bu Zaur bəy əslində ştatda başqa bir vəzifə daşıyır,amma Anar Rzayev onu işindən ayıraraq yuxarıda dediyimiz məsələləri tapşırıb.Sürücülərin boykotundan qorxuya düşərək iki günün içində Zaur Ramazanovu təhkim etdiyi yerdən kənarlaşdırıb gözdən uzağa çəkir. Anar Rzayevin rəisi olduğu xidmətin yerində Yerüstü Nəqliyyat Agentliyi yaradılanda şikayətçi şəxslər struktur islahatı adı ilə heç bir xəbərdalıq edilmədən,qanunla müəyyən edilmiş möhlət gözlənilmədən işdən azad olunurlar.Halbuki ixtisarın da,əmək müqaviləsinə xitam verməyin də qaydası var.Hər şey qanun çərçivəsində,Əmək Məcəlləsinə müvafiq həllini tapmalıdır. Amma görünən odur ki bu nazirlikdə Rəhman Hümmətov öz qanunlarını yazır,Anar Rzayev kimilər də həyata keçirirlər…Hər bir işçi azad olunarkən möhlət müddəti verilməlidi,bunlar isə belə şeylərə əhəmiyyət belə vermirlər.Çünki işin,işçilərin hesabına qaz vurub qazan doldurur,harınlayırlar.Müxtəlif yerlərdə qazanc mənbələri quranda adi zəhmətkeşlər veclərinə olmaz.
Bürokratik əngəllərin,süründürməçiliyin səbəbləri çoxdur.Lakin şikayətə əsasən məsələnin kökündə nazir müavini Rəhman Hümmətovun bəzi “qara iş”ləri durur.Bu “qara iş”ləri “ağartmaq” üçün Rəhman müəllim bəzi adamlara xahiş edibmiş.Amma onlar cənab Hümmətovun sözündən çıxıblar. Şikayətçilər dəfələrlə cənab nazir Rəşad Nəbiyevin qəbuluna düşmək,sözlərini,dərdləfini ona bildirmək istəsələr də həmişə qarşıya sədd çəkiblər,mane olublar.İşçilərlə nazir arasında maneə quranlar var.Çox məsələlər var ki,cənab nazirdən gizlədilir.Çünki bilirlər ki,Rəşad müəllim mütəxəssis olaraq təcrübəli,insan olaraq dürüst,haqqı nahaqqa qurban verməyən insandır.Nazir təyin olunduqdan sonra da çətin bir sahəni necə bacarıqla idarə etdiyi göz qabağındadır. Sadəcə daxildə Rəhman Hümmətov, Anar Rzayev kimilər ümumi işə kölgə salırlar.
Biz də cumhuriyyet.az olaraq bu şikayətin izi ilə öz araşdırmamızı apardıq.Müəyyən məlumatlar əldə etdik.Məlum oldu ki,Rəhman və Anar müəllimlər əsl oliqarx həyatı yaşayırlar.Mülklər,bahalı maşınlar,digər pul mənbələri.Elə bil ki varlanmağa tələsirlər.Deyilənə görə Anar Rzayevin paytaxtda 60 sayda evi,Novxanıda böyük malikanəsi də var.Həyat yoldaşının Sədərək Yusif kimi tanınan dayısı isə “Sədərək” yarmarkasının müdiridir.Bir neçə söz də bu yarmarkanın maliyyə işlərinə baxan Anar bəyin Qəhrəman adlı qaynatasından deyək.Qəhrəman müəllim sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vaxtında nazirliyinin karyerlərə-karxanalara nəzarət edən şöbəsinə başçılıq edib.Kürəkəni tərzdə yığıb-yığışdırmaqla məşğul olub.İndi də “Sədərək” bazarında yerhaqqı yığmaqla məşğuldur. Anar Rzayevin rəhbəri olduğu agentlikdə ixtisaslı işçiləri uzaqlaşdırıb yerinə tanış-bilişi götürüblər.Sıralarında keçmiş əmək müəllimi də var,nəğmə müəllimi də. Soruşanda da deyirlər ki,müəssisə bağlanıb.Necə bağlanıb ki,bütün maddi-texniki baza yerindədir.Nə haqla cənab Prezidentin sərəncamının mətnini təhrif olunmuş şəkildə camaata çatdırırlar? Mətndə xidmətin və digər uyğun təşkilatların yerində,əsasında Yerüstü Nəqliyyat Agentliyinin yaradıldığı qeyd edilib.421 işçi ştatı olan agentlikdə keçmiş ixtisaslı kadrlara yer tapılmır? Hüquq mühafizə orqanları bu işlərə nəzər yetirməlidir.Bildiyimizə görə onsuzda bəzi faktlar artıq araşdırılır.İnanırıq ki,sonda bütün şübhəli,qaranlıq məqamlar üzə çıxarılıb layiqli qiymətini alacaq.

Şikayətdə deyilənlərlə bağlı qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq. //cumhuriyyet.az//
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti