MƏHKƏMƏ ORQANLARI SƏLƏMÇİNİ NECƏ MÜDAFİƏ EDİB...
“Hürriyyət”in ötən sayında Bakı şəhəri, Əliyar Əliyev küçəsi ev 79, mənzil 1 ünvanında yaşayan Qasımov Müzəffər Əzim oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunu dərc etmişdik. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Ali Məhkəmənin rəhbərliyinə müraciət edən şikayətçi yazırdı ki, Bakı şəhər sakini Lötfi Cəbrayıl ona şər ataraq, guya 64000 manat borclu olduğunu iddia edib. Onun sözlərinə görə, bu məsələ hüquq müstəvisində araşdırılan zaman bəzi məhkəmə instansiyaları faktla əlaqədar ədalətsiz qərar çıxarıb.

Qeyd edək ki, ötən yazımızda şikayətçi konkret olaraq Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarına etiraz etmişdi. “Şərafət Məmmədova mənim məhkəmədə iştirak etmədiyimdən istifadə edərək, heç bir hüquqi sənədə istinad etmədən və hər hansı sübut olmadan ədalətsiz qətnamə qəbul etmişdir”, - deyə M.Qasımov bildirmişdi. Hansı ki, Ali Məhkəmənin Mülki Kollegiyası da 15 noyabr 2022-ci il tarixli qərarında Ş.Məmmədovanın qərarının ədalətsiz olduğunu göstərir: “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməlidir”.

Bununla belə, Ali Məhkəmənin Mülki Kollegiyası Müzəffər Qasımov tərəfindən verilmiş kassasiya şikayətini qismən təmin etsə də, qərarda onun üzərinə Lötfi Cəbrayıla 64 350 (altımış dörd min üç yüz əlli) manat ödənilməsi öhdəliyi qoyulmuşdur. Şikayətçi isə deyir ki, Ali Məhkəmənin də qətnaməsində əks olunan 64350 manat “borcun” mənbəyi, ümumiyyətlə bu rəqəmin haradan alındığı göstərilmir. Onun sözlərinə görə, əslində, bu rəqəm müstəntiq araşdırması zamanı texniki yanlışlıq nəticəsində istintaq materiallarında əks olunub. Yəni burada 64350 manatdan deyil, 59 500 manatdan söhbət gedir və bu məbləğ də qarşı tərəfə artıqlaması ilə ödənilib...

Dəyərli oxucularımıza aydın olsun deyə bildirək ki, Lötfi Cəbrayıl Bakıda məşhur sələmçi kimi tanınır. Bu haqda məlumat verən şikayətçinin sözlərinə görə, onun arxasında çox nüfuzlu məmurlardan (müəyyən səbəblərdən adını qeyd etmirik – red.) biri dayanır. Həmin məmura arxalanan L.Cəbrayıl əksər hallarda heç bir sənəd imzalamadan ehtiyacı olanlara, çətinə düşən insanlara yüksək faizlə böyük məbləğdə pul verir. Onun Müzəffər Qasımovla tanışlığı da məhz bu məsələ ilə bağlı yaranıb. Şikayətçinin dediyinə görə, bu işdə ortaq tanışları Süleyman Əmirov vasitəsilik edib. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, burada cəmi 59 500 manatdan söhbət gedir ki, şikayətçinin sözlərinə görə, həmin vəsaiti müxtəlif vaxtlarda Lötfi Cəbrayıla qaytarıb, faizlərin faizi də hesablanmaqla ona cəmi 13500 manat borcu qalıb: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cəbrayılın dostları olan iki vəkilin və müstəntiq Şöhrət Hüseynovun iştirakı ilə o, borclu olduğum pulun 31 000 manatını Bilgəh qəsəbəsindəki evində, 15000 manatını isə Xaşa-Xunadakı bağ evində qaytardığımı etiraf etdi. Qalan 15000 manatı isə şahidim Xəlil Astanovun yanında veridiyimi etiraf etməmişdir”.

Şikayətin məğzindən belə anlaşılır ki, L.Cəbrayıl arxasında olan məmura arxalanaraq M.Qasımovu faizlərlə “yükləmək” qərarına gəlib. Görünür, məhz bu səbəbdən də, o, hələ də Müzəffər Qasımovun 64 350 manat “borclu” olduğunu iddia edir. Ən maraqlısı isə odur ki, Lötfi Cəbrayıl rəsmi olaraq qarşı tərəfin ona 31 min manat və 15 min manat olmaqla, toplam 46 min manat ödədiyini etiraf etsə də, nə Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova, nə də Ali Məhkəmənin hakimi Vüqar Həsənov bu faktı nəzərə almayıb. Hansı ki, şikayətçi redaksiyamıza müraciətində bu haqda öz fikrini açıqlayıb:

“Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədova və Ali Məhkəmənin hakimi Vüqar Həsənov Lötfi Cəbrayılın sadəcə sözlərinə əsaslanaraq, qərar qəbul etsələr də, bütün araşdırmalarda Cəbrayılın özünün etiraf etdiyi 31000 manatı görməzdən gəliblər. Onlar gizli yazılıb, montaj olunmuş, köhnədən yazılmış səs yazılarına əsaslansalar da, yada salmayıblar ki, Azərbaycan Respublikasında heç bir orqan faizə verilmiş pula əlavə faiz və yaxud zərər hesablayıb, qərarı qismən təmin etməməlidir. Hakimlər yalnız hər hansı bir dövlət sənədinə əsaslanıb qərar qəbul etməlidir. Mənim ona pulu qaytarmağımı sübut etməyimə ehtiyac yoxdur, çünki Lötfi Cəbrayıl araşdırmada özü məndən 31000 manat aldığını, 15000 manat faiz aldığını etiraf etmişdir. 15000 isə şahidim Astanov Xəlilin yanında qaytardığıma baxmayaraq, mənimlə bərabər dostum Nazim Novruzovu da şərləyərək, onun həyat yoldaşının adına olan bağ evini dələduzluq yolu ilə ələ keçirmək istəmişdir. Araşdırmanı aparan müstəntiqlər və Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov Lötfi Cəbrayılın hiyləsini başa düşüb ədalətli qərar qəbul etmişlər. Hakimlər Şərafət Məmmədova Vüqar Həsənov isə, nədənsə, Cəbrayılın hiyləsini görməzdən gəlib, özləri onunla bərabər qanunsuzluğa ortaq olmuşlar”.

Sələmçilik baş kəsmək kimidir

Məhz bu baxımdan, şikayətçi güman edir ki, hər iki məhkəmə instansiyası sifarişli hökm çıxarıb. Bir sözlə, məhkəmə orqanları bu qərarları ilə həm də qanunla qadağan olunan sələmçiliyə hüquqi don geydiriblər. Baxmayaraq ki, qanunvericiliklə vətəndaşların faizə pul vermək və bu barədə müqavilə bağlamaq səlahiyyəti yoxdur. Odur ki, verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaradır. Bu cür fəaliyyət yalnız xüsusi lisenziya əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası qanunvericiliyi ilə faziə pul vermək xüsusi lisenziya alınmaqla banklar, bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən həyata keçirilə bilən fəaliyyət hesab edilir. Bu səbəbdən, M.Qasımova verdiyi pulu aldığını özünün də etiraf etməsinə rəğmən, məhkəmə orqanlarının sələmçinin xeyrinə qərar çıxarması onu deməyə əsas verir ki, burada Lötfi Cəbrayılın arxasındakı nüfuzlu məmurun əlinin olduğu haqda iddialar öz təsdiqini tapır...

Bəs, Lötfi Cəbrayıl Müzəffər Qasımovun dostu Nazim Novruzovu necə şərləyib və ona aid (həyat yoldaşına – red.) obyekti hansı yollarla ələ keçirməyə çalışıb? Və yaxud sözügedən obyekt hərracda satıldıqdan sonra, L.Cəbrayıl saxta sənədlərlə dövlət adından verilən qərarı necə ləğv etdirib? Bu və digər suallara növbəti yazımızda cavab tapa biləcəksiniz!

(Ardı var)
 //“Hürriyyət”//

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti