Tanınmış həkim uşaqlarına aliment vermir?
Tanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərməsi ilə bağlı iki il öncə yayılan iddialar yenidən gündəmə gəlib.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı feminist fəal Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. Belə ki, o, iki il öncə paylaşdığı məlumatlarda həkimin həyat yoldaşına və iki azyaşlı övladına qarşı fiziki və psixoloji zorakılıq etdiyini, onları neçə gün işıqsız, qazsız qoyduqdan sonra yaşadıqları birgə nikah dövründə əldə edilmiş evdən çıxarılmaqlarına nail olduğunu yazmışdı. İddiaya görə, evdən heç nə götürmədən çıxan qadın sonradan geyim və əşyalarını tələb etsə də, götürə bilməyib. Bundan əlavə, aktivistin sözlərinə görə, hətta uşaqlarının dəftər-kitabını da qaytarmadığı üçün onlar məktəbə gedə bilməyiblər.

Mövzu ilə bağlı yenidən paylaşım edən Gülnarə Mehdiyeva hazırda həkimin övladları üçün ödəməli olduğu alimenti də vermədiyini deyir: “Bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda, o, öz gəlirini rəsmi olaraq işlədiyi klinikada 150 manat göstərib və iki uşağa görə ona ən minimum - 350 manat aliment təyin olunub. Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə qadını ona yalvarmağa məcbur edir”.

G.Mehdiyevanın sözlərinə görə, həkimin yaşadığı ev əslində məhkəmə vasitəsilə keçmiş həyat yoldaşı ilə arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir: “O keçmiş həyat yoldaşına atdığı səs yazısında 4 aydır ki, heç bir əməliyyat etmədiyini və bir qəpik pulu olmadığını deyib. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir. Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq. Vəkilimiz onun gəlirlərinin müəyyən edilməsi üçün lazımi yerlərə müraciət edəcək”.
Ətraflı

İddialarla bağlı Ruslan Rəsulla əlaqə saxladıq. DİA.AZ-ın məlumatına görə, həkim “Qafqazinfo”ya açıqlamasında bildirib ki, haqqında yazılanlar tamamilə yalandır: “2021-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Boşanmaq üçün müraciəti də mən etmişəm. Şiddət görən bir xanım idisə niyə boşanmırdı? Şiddət görən mənəm. Bütün gün haqqımda yalan məlumatlar paylaşırlar. Elə həmin il məhkəmə qərarı ilə aliment də kəsilib və hər ay ödənişi edirəm. Onlar düz bir il mənə uşaqlarımı göstərməyiblər. İndi özü xaricdədir. Uşaqları da qoyub burda gedib. 8 aydır uşaqlardan uzaqdadır. Hansı ki, vaxtilə uşaqların ölkədən getməsi ilə bağlı müraciət olunmuşdu və mən icazə vermişdim. Amma özü ilə aparmadı. Mən həftədə iki dəfə uşaqlarımla görüşürəm, nəyə ehtiyacları varsa onu da edirəm. Yazırlar ki, mən onun əşyalarını, paltarlarını verməmişəm. Onun heç nəyi məndə qalmayıb. Dövlətin qanunları var və mən hamısına riayət edirəm. Aliment üçün məhkəməyə müraciət ediblər. Qalxacaq, onu da ödəyəcəm. Mən hazırda subay adamam, evlənə bilərəm. Öz işləri ilə məşğul olsunlar".

Məsələ ilə əlaqədar R.Rəsulun keçmiş xanımının da mövqeyini öyrənmək məqsədilə onun vəkili Zibeydə Sadıqova ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, hazırda alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət olunub: “İşimiz Yevlax Rayon Məhkəməsindədir. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı Ali Məhkəməyə müraciət etmişik. O da hələ təyin olunmayıb”.

Qeyd edək ki, estetik cərrah Ruslan Rəsul tanınmış teleaparıcı Çinarə Əliyeva ilə nişanlıdır.

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti