19-34-14-296181061_433061495529784_4624596247193883477_n.jpg

Müxtəlif sosial şəbəkələrdə və xəbər saytlarında Astara rayonunun Burzubənd kənd tam orta məktəbinin direktoru Turan Rəfiyev tərəfindən həmin məktəbin müəlliminin şiddətə məruz qalması başlığı ilə yayılan məlumatı aydınlaşdırmaq məqsədi ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektoru tərəfindən 26 yanvar 2023-cü il tarixində araşdırılma aparılmışdır.    

Regional idarədən Mektebgushesi.az -a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, son bir ildə Burzubənd kənd tam orta məktəbində fəaliyyət göstərən pedaqoji və texniki heyətlə direktor arasında heç bir zidiyyətli insident müşahidə olunmamış və qeydə alınmamışdır. Turan Rəfiyev direktorların işə qəbul müsabiqəsində keçid balını toplayaraq, müsahibə mərhələsini keçmiş və Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə 02.04.2015-ci il tarixdən Burzubənd kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Məktəbin bialogiya müəllimi Əmirov Vidadi Əhməd oğlu ilə direktor Turan Rəfiyev arasında 2022-ci ildə şəxsi zəmində münaqişə baş vermişdir və yaranmış vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırma nəticəsində heç bir cinayət əməlinin və şiddət göstərmə faktının olmadığı müəyyən edilmişdir. Həmin dövrdə tərəflər arasında barışıq əldə edilmişdir. Hər iki tərəfin verdiyi izahatına əsasən hazırda direktor Turan Rəfiyev və müəllim Vidadi Əmirov arasında heç bir münaqişəli vəziyyət yoxdur. Kollektivin böyük bir hissəsi ilə görüş zamanı pedaqoji və texniki heyət məktəb direktorunun fəaliyyətindən razı olduğunu bildirmişdir.

Eyni zamanda Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə həmin məktəbin kargüzarı arasında yaranan münaqişə ilə bağlı xəbər saytlarında yer alan məlumata aydınlıq gətirmək üçün Astara rayonu üzrə təhsil sektoru əməkdaşları tərəfindən təkrar araşdırılma aparıldı.

Bayramova Ülviyyə Aydın qızı direktorların işə qəbul müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə 03.02.2020-ci ildən Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.

Məktəbin kargüzarı Məmmədova Validə Məcid qızı direktora oğlu Nəcəfov Səid Halik oğlunun işə götürülməsi ilə bağlı müraciət etmişdir. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirmişdir. Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi Validə Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olmuşdur. Validə Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq, direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. Şikayət məktubları qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Direktor Ülviyyə Bayramova dəfələrlə əsassız olaraq şərəf və ləyaqətini təhqir etdiyinə görə Validə Məmmədova barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Bölmənin digər xəbərləri

20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO

Dünyapress TV

Xəbər lenti