Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, yaranan neqativ hallarla mübarizə istiqamətində tədbirləri gücləndirmək əvəzinə kadr siyasəti ilə bu sahəni iflic edib. DİA.AZ “Dünyanınsəsi.Az”-a istinadla xəbər verir ki, 2019-cu ilin noyabr ayında AQTA rəhbərliyi şəfaflıq prinsipini eləcədə regional bölmədə baş verən insidentə görə Hüseyn Abdullazadəni tutmuş olduğu vəzifədən uzaqlaşdırmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu “qeyri-şəfaf” şəxsi sonradan Bakı Regional Qida nəzarəti sektoruna müdir təyin etmişdir.Bu təyinatda da özünü doğrultmayan H.Abdullazadə vəzifəsi endirilərək həmin sektorda baş məsləhətçi vəzifəsinə təyin edilmişdir.Hələ o zamanlar kollektivi canını boğazına yığan H.Abdullazadəni Gəncə regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Əzizov Kamran Kamal oğlu tərəfindən döyüldüyü də iddia edilirdi. AQTA-nın Tovuz Regional Bölməsinə yeni təyinat alan H.Abdullazadə kollektivi saat 19-00 kimi hətta qeyri iş günləridə daxil olmaqla işləməyə məcbur edir. Agentlik sədri Qoşqar Təhməzli qurumun əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiyinə görə işdən uzaqlaşdırdığı bu “qeyri – şəfaf” şəxsi niyə yenidən Tovuz Regional Bölməsinə rəis təyin edillb?. Saytımıza verilən məlumata görə hazırda AQTA-nın Tovuz Regional Bölməsində yeni rəis kollektivlə davranışı və idaretmə sahəsində yaratmış olduğu problemlər fonunda hər gün nərazılıqlar artmaqda davam edir.
Redaksiya olaraq səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc edə bilirik..