Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verməsi ölkə gündəmini zəbt etdi. Çox keçmədi media buna səbəb Turizm Agentliyinin Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrildiyi barədə məlumatlar yaydı. Məlumatlarda Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafının davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırmaları, hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürmələri iddia olunurdu.

Ardından qurumda işləyən bir neçə nəfərin vəzifəsindən azad edilməsi və Fuad Nağıyevlə yanaşı bir sıra şəxslərin də istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar yayıldı. Bütün bunlar Fuad Nağıyevin bu töhmətdən heç də asanlıqla yaxa qurtara birmələyəcəyinə bir işarədir.

Bəs istintiqaq zamanı araşdırılıarsa Fuad Nağıyevin işində daha nə kimi nöqsanlar üzə çıxa bilər?

Aktualinfo.org hələ 2022-ci ildə Turizm Agentliyi tərəfindən Qubanın Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsaitin ayrılması barədə məqalə yaymışdı. Xatırladaq ki, həmin araşdırma məqalədə Dövlət Turizm Agentliyinin “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı ilə 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağladığına toxunulmuş, bu zaman qiymətlərin süni şəkildə şişirdildiyinə şübhələr olduğunu açıqlamışdıq. Həmin vaxt “MAQRO CONSTRUCTION” MMC Xınalıq kəndindəki qəzalı evləri təxmini hesablamalarımıza görə 99 945 manata bərpa edəcəyini yazmışdıq. Portalda müqavilənin başlanma tarixi 12.10.2022-ci il, bitmə tarixi isə 20.12.2024-cü ilə müəyyən edildiyi göstərilirdi.

Sonra isə məlum oldu ki, bu vəsait çatmayıb və Turizm Agentliyi 2024-cü ildə bitməli olan “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası (44 ev) üzrə əlavə işlər görə də “Maqro Construction” MMC ilə “Maqro Construction” MMC ilə 11.09.2024-cü ildə 2.231.893,91 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqladı. Bu isə ümumilikdə 6 629 511 manat vəsaitin ayrılması deməkdir. Bu isə Xınalıqda bir qəzalı evin təxminən 150 min manata bərpa olunması anlamına gəlir.

Qeyd edək ki, Turizm Agentliyi hələ 2021-ci ildə də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayırmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Göründüyü kimi Turizm Agentliyi 2021-2024-cü illərdə yalnız Xınalıq kəndindəki qəzalı evlərin (44+16) bərpasına ümumi olaraq 8 688 715 manat dəyərində vəsait ayıraraq 4 satınalma müqaviləsi bağlayıb.

Elektron mediada yer alan məlumatlarda hələ 2022-ci ilin oktyabrında “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir-bərpa işlərinə baxış zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “Xınalıq kəndi dəniz səviyyəsindən təxminən 2 200 metr hündürlükdə yerləşdiyi və burada qış sərt keçdiyi üçün ilin yalnız 4-5 ayı ərzində iş aparmaq mümkündür: “Odur ki, təmir-bərpa işlərinin mərhələli şəkildə icra olunması nəzərdə tutulub. Özünəməxsus memarlıq üslubu, coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 ev təmir-bərpa ediib, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülüb, yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır”.

Göründüyü kimi Turizm Agentliyi Xınalıqda qəzalı evlərin bərpası işləri üzrə 3 şirkətlə müqavilə bağlayıb. Burada eyni yerdə, eyni işləri görən şirkətlərin fərqli qiymətlərlə təmir bərpa işləri apardığı açıq aydın görsənir. Bu mütləq araşdırılmalıdır.

Digər tərəfdən, Agentliyin sədri Fuad Nağıyev də açıqlamasında qeyd edir ki, Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilib. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, növbəti ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var. Bu da araşdırılmaladır.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, MMC Azərbaycanda fəaliyyətə başlayandan cəmi 1 il 4 ay sonra “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni 2022-ci ilin 4 ayı ərzində tam 90 milyon manat. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmir, bərpa işləri.

Göründüyü kimi Turizm Agentliyi Xınalıqda qəzalı evlərin bərpası işlərinə 2021-2024-cü illərdə 9 milyon manata yaxın dövlət vəsaiti ayırıb. Xınalıqda bərpa olunmuş qəzalı evlərə baxış keçirilərsə çox qaranlıq mətləblərin üstü açılar. Onda Fuad Nağıyevə verilən şiddətli töhmət başqa ciddi cəzalarala əvəzlənə bilər.

Aktualinfo.org
 
 
 

Bölmənin digər xəbərləri

10 Mart 2025 Göyçay rayon Məhkəməsinin dolanbaclarında nələr baş verir ŞİKAYƏT/VİDEO
10 Mart 2025 Heç kim və heç nə Abidin müəllimin UMRUNDA DEYİL... - BU DA FAKT...
09 Mart 2025 DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
08 Mart 2025 Hüseynova masajçıdır yoxsa kosmetoloq?- Video- Foto
08 Mart 2025 İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR
08 Mart 2025 Xırdalan 1 nömrəli məktəbdə 8 mart YIĞIMI - Şagirdlər hədiyyələri məktəbin arxa qapısından belə daşıyır/ANBAAN GÖRÜNTÜLƏR
08 Mart 2025 Gəncə ŞİH ilə Su Kanalı idarəsinin rəisi dövlətin 49 milyon 500 min dollar kanalizasiya pulunu necə mənimsədilər?! - DE-FAKTO
08 Mart 2025 Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– TƏFƏRRÜAT
07 Mart 2025 Müəllimlərə “hinduşkabaş” deyən direktorun şok səs yazısı – ÖZƏL
07 Mart 2025 Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
07 Mart 2025 149 saylı məktəbdə pul yığılması təsdiqləndi... - Valideynlər üsyan edir
07 Mart 2025 İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” – Bir nəfərə məxsus müxtəlif MMC-lərlə
07 Mart 2025 Abidin Fərzəliyevdən ŞOK ÖZBAŞINALIQ - Görün, HARANI SATDI...
07 Mart 2025 Azpetrol"dan "Aİ-95" benzini vurdu, maşını sıradan çıxdı (Video)
07 Mart 2025 "Sərin”də kabablar hansı ətdən hazırlanır? FOTO
07 Mart 2025 Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
07 Mart 2025 DSMF pensiyanı dələduzluqla kəsməsini “dövlət sirri” sayır
07 Mart 2025 "MedEra" klinikasında Musa Kılıç necə həkim kimi çalışır?
07 Mart 2025 Saatlı Xəstəxanasında nə BAŞ VERİR? - İTTİHAM VAR...
07 Mart 2025 “Banka qoyduğum 300 min dollar yoxa çıxıb”

Dünyapress TV

Xəbər lenti